"Oyunun sonlarına yaxın bir az çətinlik çəkirdim"

22:17 - 25 Avqust 2013

Vüqar Nadirov: Çalışacağıq ki, yaxşı nəticə əldə edək
 
"Çətin oyun oldu. Əsas heyət üzvlərinin yoxluğu hiss olunurdu".
 
Bu sözləri Sportal.az-a açıqlamasında "Qarabağ"ın hücumçusu Vüqar Nadirov söyləyib.
 
"Ancaq əsas odu ki, qələbə qazandıq. Çox yaxşı ki, avrokubokdakı məğlubiyyətə görə komanda da ruh düşkünlüyü olmadı. Artıq bundan sonra həmin oyun haqqında düşünəcəyik. Çalışacağıq ki, yaxşı nəticə əldə edək. Oyunun sonlarına yaxın biraz çətinlik çəkirdim. Buna səbəb isə zədədən yeni qayıtmağımdır. 

Xəbər xətti