"Xəzər Lənkəran" azarkeşləri "Neftçi"nin avtobusu üzərinə hücum çəkiblər
Lənkəranda oyundan sonra yenidən ara qarışıb.
Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran" - "Neftçi" oyunundan sonra cənub təmsilçisinin azarkeşləri "Neftçi"nin futbolçularına hücum çəkmək istəyirlər. Ev sahibi rəhbərliyi isə qonaqları öz soyunub-geyinmə otağında qoruyurlar. Azarkeşlərlə Daxili Qoşun əsgərləri arasında münaqişə də baş verib.
Daxili Qoşun əsgərləri azarkeşlərin qarşısını almaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib
saytlarin hazirlanmasi