"Çempionluq haqqında danışmaq hələ çox tezdir" MÜSAHİBƏ

14:40 - 26 Avqust 2013

İlqar Qurbanov: "Ancaq nə etmək olar? Olmayanda da olmur"
 
"Qarabağ"ın müdafiəçisi İlqar Qurbanovun Sportal.az saytına müsahibəsi
 
- Oyun haqqında fikirilərinizi bilmək istəyirəm. Necə keçdi oyun?
- Çətin oyun keçdi. Bu il oyunamaq üçün az şans qazanan futbolçularla meydana çıxmışdıq. Ancaq buna baxmayaraq komanda öz oyununu göstərib, qələbə qazandı.
 
-  Əsas heyətin bir neçə üzvlərinin olmaması sizə çətinlik yaratmadı ki?
- Bir qədər yaratdı. Ancaq meydana çıxanlar da özlərini göstərmək istəyən futbolçulardır. Məncə onlar özlərini yaxşı tərəfdən göstərə bildilər. Bura xal dalınca gəlmişdik və şükürlər olsun ki, üç xalımızı qazandıq.
 
- Bu sezon elə də çox oyun oynamamısan....
- Çempionatda iki oyuna çıxmışam. Ancaq avrokubok oyunlarında oynamamışam.
 
- Avrokubokdan söz düşmükən, "Qarabağ"da nə catmadı ki, qələbə qazansın? Bunun üçün komandanın yetəri qədər qol imkanları var idi...
- Azarkeşlərdə gördülər ki, biz əlimizdən gələni etdik. Ancaq nə etmək olar? Olmayanda da olmur. Buna baxmayaraq 29-u əlimizdən gələn hər şeyi edəcəyik ki, gözəl nəticə qazanaq.
 
- "Qarabağ" bu il çempionluq həsrətinə son qoya biləcəkmi?
- Çempionluq haqqında danışmaq hələ çox tezdir. Qarşıda uzun bir marafon var.
 
 
Zamin YUSİF

Xəbər xətti