"Mən məşqdə də, oyunda da hər zaman əlimdən gələni edirəm"

17:40 - 26 Avqust 2013

Fərhad Vəliyev: Ümidimiz böyükdür
 
 "Oyun çox ağır keçdi. İlk hissə yaxşı oynadıq və bunun qarşlığında qol vurduq". 
 
Bu sözləri "Qəbələ" ilə oyundan sonra  Sportal.az-a açıqlamasında "Qarabağ"ın qapıçısı Fərhad Vəliyev söyləyib.
 
"Ancaq ikinci yarıda demək olar ki, oyun tək qapıya getdi. Lakin biz lazım olan nəticəni əldə edə bildik. Bundan sonra avrokubok oyununu düşünmək olar. İndi səfər qarşılaşmasına hazırlaşırıq. Ümidimiz böyükdür.
 
Çempionat oyunlarında meydana çıxsamda, hələki avrokubok oyununda iştirak etməmişəm. Mən məşqdə də, oyunda da hər zaman əlimdən gələni edirəm. Qalanı artıq məşqçiyə qalır". 

Xəbər xətti