"İntizam Komitəsi intizamını itirib"

16:29 - 27 Avqust 2013

Natiq Muxtarlı: "Komitə özündə bu cəsarəti tapa bilmədi"
 
Artıq "Xəzər Lənkəran" ilə "Neftçi" arasında baş verən insidentin cəzaları bilinib.
 
"Komanda" qəzetinin redaktoru Natiq Muxtarlı verilən cəzalara münasibətini Sportal.az-a bildirib:
 
"İntizam Komitəsi elə gözləniləni etdi. Yalnız pul cəzası ilə kifayətləndi. Bu, onu göstərir ki, İntizam komitəsi intizamı itirib. Əslində o boyda olaylara görə Lənkəran stadionu cəzaya məruz qalmalıydı. amma komitə özündə bu cəsarəti tapa bilmədi. Bilirsiz niyə? Çünki vaxtilə digər komandalara qarşı da bu cəzanı tətbiq etməmişdilər. Azərbaycan futbolunun problemləri AFFA-dan qaynaqlanır. AFFA-da oturanlar anormal qərarları ilə ixtişalara rəvac verirlər. Onlar ixtişaşları hazırlayıb stadionlara yayırlar".

Xəbər xətti