"Neftçi"dən "Xəzər Lənkəran"a cavab: "0:8 hesabı barədə düşünsünlər"

19:00 - 27 Avqust 2013

Tahir Süleymanov: "Polisin məlumatı var idi"
 
“Xəzər Lənkəran” və “Neftçi” azarkeşləri gələcəkdə baş verməməsi üçün əllərindən gələni etməlidirlər. Artıq Azərbaycan futbolunda meydanda olan futbol yoxd, ondan kənarda baş verənlər önə çıxır. Bu çox pis haldır. Baxmayaraq ki, stadionlarımıza 40-50 min azarkeş toplanmır. Heç belə stadionlarımız yoxdur. Millimizin və klublarımızın Avropadakı oyunlarından maksimum  30 min azarkeş gəlir”.
 
Bu sözləri Sportal.az-a açıqlamasında “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov deyib. Klub rəsmisi daha sonra bunları danışıb:
 
“Dünyanın və Avropanın bir çox ölkələrində daxili çempionat oyunlarına 50 min, 70 min azarkeş gəldiyi halda hər hansı insident baş vermir. Çünki həmin ölkələrdə əsas olan meydandakı futboldur. Çox təəssüf ki, bu hallar baş verir. Mən məsələyə qayıtmaq istəmirəm. Xoşagəlməz hadisələr idi. Nizam-İntizam komitəsi də bu olaylarla bağlı müəyyən addımlar atdı. Amma təəccüblü məqam odur ki, “Neftçi” azarkeşləri zərərçəkən tərəf olsa da, onlara görə “Neftçi” klubu cəzalanıb. Onu da qeyd edim ki, “Neftçi” klubun heç bir rəsmi fan-klubu yoxdur. Onlar azad azarkeşdirlər. “Neftçi” klubunun 70 illik tarixi var. Azarkeşlərimiz neçə illərdir izə dəstək olur. Heç bir komandanın azarkeşlərinin ürəyindən komanda sevgisini çıxarmaq olmaz. Buna diqqət etmək lazımdır. Elə bu yaxınlarda “Qarabağ” – “Ayntraxt” oyunu keçirildi. Oyunda alman klubunun azarkeşləri də ölkəmizə gəlmişdi. Onların dəstəyini gördük. FİFA-nın və UEFA-nın azarkeşlər haqqında kifayət qədər qaydaları var. Bu qaydalar tətbiq edilməlidir. Baxın necə olur ki, Lənkəranda azarkeşlər meydana fakellər, kənar əşyalar və priotexniki vasitələr keçirirlər? Bunun qarşısını almaq lazımdır. Belə azarkeşləri meydanlardan uzaqlaşdırmaq lazımdır. FİFA və UEFA da bu əşyalara qadağa qoyub. Bütün azarkeşləri qınamaq olmaz. Xüsusi azarkeşlər var ki, oyuna xələl gətirirlər. Onları müəyyənləşdirmək lazımdır. Onların qabağın alandan sonra qalan layiqli azarkeşlər gəlib meydanda komandalarına dəstək verməlidirlər. Bu baxımdan hər şeyi nəzərə almaq lazımdır. “Xəzər Lənkəran” – “Neftçi” oyununda baş verənlər bir siqnal idi. Ona görə də bütün klublar, çempionatı keçirən qurum və AFFA bu məsələləri yenidən müzakirə etməlidir. Bütün bu hadisələrin qarşısını almaq üçün müəyyən qərarlar çıxarılmalı və tənzimlənməlidir. FİFA və UEFA-nın qərarlarına söykənərək hərəkət etmək lazımdır. Bizdə ancaq derbi oyunlarına çoxlu sayda azarkeş gəlir. Bu yöndə işlər aparılmalıdır”.
 
Süleymanov Tuyqun Nadirovun açıqlamasına da cavab verib: “Neftçi” nin rəsmi olaraq heç bir fan-klubu yoxdur. Oyundan 2 öncə biz sosial şəbəkələrdə yazılanları nəzərə alaraq biz Lənkəran şəhər polis şöbəsinə müraciət etdik. Onların məlumatı var idi. Təhlükəsizlik təbirləri görülsün. Polisə də təşəkkürümüzü bildiririk. Tuyqun Nadirov deyib ki, bizim xəbərimiz yox idi. Amma biz iki gün öncədən bu barədə danışmışdıq. Gedib Lənkəran polisindən soruşa bilərlər. Polis də bizə kömək etdi. Lənkəran şəhərinin girişindən stadiona qədər və çıxanda da bizi mühafizə etdilər. Bir daha vurğuluyuram Azərbaycan müstəqil dövlətdir. Hər bir azarkeşin stadiona gəlməyə ixtiyarı var. O ki qaldı, peşəkarlığa. Bizim komanda 3 mövsümdür peşəkarlğını göstərir. Tuyqun Nadirovun klub sahəsində böyük təcrübəsi var. Peşəkarlıqdan danışanlar nəticələri qoysunlar qarşılarına. Bizim nəticələri qoysunlar və öz nəticələri ilə müqayisə etsinlər. Avropa meydanlarında 0:8 hesabı ilə uduzmaqları barədə danışsınlar. Bir daha vurğuluyuram azarkeşlərlə iş baxımından Tuyqun məllimin təcrübəsi böyükdür. Peşəkarlıqdan danışan Nadirov çıxıb Lənkəranın layiqli azarkeşlərinə 0:8-in hesabatın verməlidir”.

Xəbər xətti