"Ayntraxt" evdə başqa cür oynayacaq" MÜSAHİBƏ

00:10 - 28 Avqust 2013

Qara Qarayev: "Turu keçməyimiz çətin amma mümkünsüz deyil"

 

"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin Sportal.az-a müsahibəsi

 

- Başlayaq “Qəbələ” ilə oyundan. Oyun necə keçdi?

 

-  “Qəbələ” ilə oyunumuz çox gərgin və çətin keçdi. Şükürlər olsun ki, üç xalı biz qazandıq. Bizə lazım olan nəticəni qazana bildik.

 

-  “Qarabağ” hal-hazırda liderdir. Bu liderlik çempionatın axırına qədər davam edə biləcəkmi?

 

- Biz hər oyundan maksimum nəticə əldə etmək üçün vuruşuruq. Artıq bu il çempion olmalıyıq.

 

- Sabah “Ayntraxt”la cavab oyununuz var. Bu haqda nə deyə bilərsən?

 

- Biz Almaniyadan yaxşı nəticə ilə qayıtmaq istəyirik. Çətin olacaq amma mümkünsüz deyil.

 

- Yaxşı nəticə deyəndə sən Almanyada tur keçməyi yoxsa yaxşı oyun göstərməyi nəzərdə tutursan?

 

- Turu keçməyi nəzərdə tuturam

 

- “Ayntraxt”la bir oyun oynadınız. Həmin oyunda komanda əlavə nəsə öyrənə bildiniz?

 

-  Onların hansı futbol oynadığını bilirik. Amma məncə, onlar evdə başqa cür oynayacaqlar

 

-  “Qarabağ” necə oynayacaq, açıq oyuna risk edəcəksiniz?

 

-  Bu barədə heç nə deyə bilmərəm. Baş məşqçi necə desə, elə də oynuyacağıq.

 

Yusif HÜSEYN

Xəbər xətti