Lourival Assis: "Mən komandada nə baş verdiyini anlamıram"
"Qəbələ"nin yarımmüdafiəçisi Lourival Assis Sportal.az-a danışıb. Futbolçu meydana çıxmamağından şikayət edib. Assis Syominin düzgün seçim etmədiyini bildirib.
- Keçən mövsüm səni əsas heyətdə görsək də, bu il “18” -likdə də olmursan...
- Mən də bilmirəm. Başa düşə bilmirəm ki, “Qəbələ”də nələr baş verir.
- Nə baş verir ki?
- Keçən mövsüm komandada ən çox qol vuran və assist edən futbolçulardan biri də mən idim. İndi isə hər kəs oynayır, mən yox. Mən həyatımda belə bir şey görməmişdim.
- Bu barədə baş məşqçi Syominlə söhbətin olub ?
- Hamı məndən soruşur ki, komandadan incimisən, mən də deyirəm yox. Mənim baş məşqçi ilə problemim olsa da, danışa bilmirəm. Çünki heç kim məni başa düşmür. Mən ondan oynamamağımın səbəbini soruşdum. O deyir ki, sən yaxşı futbolçusan ancaq oyun vaxtı heyətdə olmuram. Bütün azarkeşlər deyir ki, keçən mövsüm komandada ən yaxşı sən idin.
- Sən bu barədə klub rəhbərliyi ilə danışmısan?
- Bəli, onlarla yaxşı əlaqəm var. Onlar da deyir ki, baş məşqçi stadionda ən düzgün strateji seçimlər edir.
- Əgər düzgün seçim edilirsə, sən niyə oynamırsan?. Bu barədə şikayət etmisən?
- Məncə, bu suala ancaq baş məşqçi cavab verə bilər. Bu sualın cavabı həm mənə, həm də azarkeşlərə çox maraqlıdır. Baş məşqçi öz oyunçuların gətirib və mənə heç şans vermir. Baş məşqçi mənim oyunumu da izləyib. Keçən il “Bakı” – “Qəbələ” oyununda izləmişdi. Həmin oyunund əlimdən gələnin ən yaxşısını etmişdim və komandanın qələbə qolunu vurmuşdum. Bilmirəm, bu nə vaxt kimi davam edəcək?
- İndi komandanı tərk etmək istəyirsənmi?
- “Qəbələ” də verilən bütün qərarlarla razılaşmıram. Mən hələ bir il buradayam. Oynamaq istyirəm, komandama qələbə qazandırmaq istəyirəm. Əgər şans verilsə, mən bu komanda üçün çox şey edə bilərəm. Mənim klubda hamı ilə münasibətim yaxşıdır. Mən qələbəni sevən bir futbolçuyam. Mən heç vaxt həyatımda belə bir şey görməmişdim ki, keçən mövsüm komandanın ən yaxşılarından olasan və bu mövsüm 4 tur keçs də, ilk 18-liyədüşə bilməyəsən.
- Bu problemi necə həll etmək olar?
- Oynayıb-oynmayacağım baş məşqçidən asıldır. O, qərar verəcək
Elsevər MƏMMƏDOV
saytlarin hazirlanmasi