"Qarabağ" Avroliqanın qrupunda? AKTUAL

17:29 - 28 Avqust 2013

Təmsilçimiz qrupda oynaya bilər
 
 CAS avqustun 28-i "Fənərbaxça" haqqında qərarını açıqladı."Fənər" CAS-ın qərarına görə avrokuboklardan 2 mövsüm uzaqlaşdırıldı.
 
Sportal.az-ın araşdırmalarına görə, belə halda təmsilçimiz “Qarabağ” Avroliqada mübarizə apara bilər. Lakin “Fənərbaxça”ya verilən cəzanın bu mövsümdən qüvvəyə minib-minməyəcəyi UEFA-nın sabah keçirəcəyi iclasından sonra müəyyənləşəcək. "Fənər" Çempionlar Liqası “play-off” mərhələsində "Arsenal"ı keçə bilmədi. Bu halda  İstanbul klubu Avroliqada mübarizə aparmalıdır. Lakin cəza bu mövsüm tətbiq olunacağı halda türk klubu qitənin ikinci dərəcəli turnirinin qrup mərhələsindəki yarışından uzaq qalacaq.
 
Bu zaman Avroliqanın qrup mərhələsi üçün nəzərdə tutulan 1 yer boş olacaq. Bu boş yerə hansı komandanın UEFA tərəfindən göndəriləcəyi maraq doğurur. Bizim üçün vacib olan odu ki, "Qarabağ"ımızın da şansı var. Belə ki, əslində "Fənər"in 3-cü mərhələdə məğlub etdiyi komanda qrup mərhələsinə göndərilməlidi.
 
Lakin "Zalsburg" da demək olar ki, qrupdadı. Bax bu zaman "Qarabağ"ın şansı yaranır. Çünki "Qarabağ" bu mövsüm Avropa Liqasında ən yaxşı nəticə göstərən 2-ci komandadır. İlk yerdə isə Serbiyanın "Vojvodina" komandasıdır. "Vojvodina"nın da “play-off”da "Şerif"lə qarşılaşacağını və keçmək şanslarının yüksək olduğunu nəzərə alsaq, "Qarabağ"ın bu boş qalan yer üçün UEFA tərəfindən təsdiqlənmə ehtimalı var.  Sadəcə bu UEFA-nın “Fənərbaxça” haqqında verəcəyi qərardan asıldır. Bu mövsümdən istanbul nəhənginə verilən cəza tətbiq olarsa və “Voyvodina” rəqibini keçib qrupa düşərsə, o zaman “Qarabağ” Avroliqanın qrupunda oynaya bilər.

Xəbər xətti