"Azərinşaat" "Kəpəz"ə niyə sahib çıxmır?

15:23 - 29 Avqust 2013

Mehman Allahverdiyev: "Hamı çempionata hazırdır amma..."
 
“Ötən mövsüm Premyer Liqanı tərk edən “Kəpəz” cari mövsümdə aşağı dəstədə mübarizə aparmalıdır. AFFA prezidenti Rövnəq Abdullayev Gəncə təmsilçisinə sponsor tapdığını açıqlamışdı. Bu barədə məlumat öyənmək üçün “Kəpəz” komandasının baş məşqçisi olmağa əsas namizəd Mehman Allahverdiyevlə əlaqə saxladıq. Allahverdiyev Sportal.az-a açıqlamasında bunları dedi:
 
“Komandanaya “Azərinşaat”ın sponsorluq edəcəyini AFFA –dan bildiriblər. Lakin ortada bir şey yoxdur. Bütün məsələlər qərb bölgəsinin kuratoru İsgəndər Cavadova tapşırılıb. O da “Azərinşaat” rəhbərliyi ilə hələ görüşə bilməyib. Artıq zənglərə cavab verməkdən bezmişəm. Şəhərdə fan-klublar, azarkeşlər bir yığılır və məndən komandanın taleyi barədə soruşurlar.
 
Özüm də başımı itirmişəm. Bilmirəm nə cavab verim. İsgəndər Cavadovla da əlaqə saxlayıb sponsorla bağlı hər dəfə soruşuram. Ortada bir şey yoxdur. Onlar da nə vaxt desələr, komandanı artıq hazır olacaq. Bir neçə futbolçu ilə də danışıqlar aparmışam. O da açıq qalıb. Birinci dəstənin oyunlarının start götürməsinə çox az qalıb. Hələ bilinmir ki, necə hazırlaşacağıq. Artıq digər komandalar təlim-məşq toplanışı keçiblər və hazılaşıblar. Bunlardan isə xəbər yoxdur. Səbr eliyib gözləmək qalır bircə.  ”

Xəbər xətti