UEFA-dan mühüm qərar: "Qarabağ" qrupda oynaya bilər

19:20 - 29 Avqust 2013

UEFA bu seçimi püşkatma yolu ilə aparacaq
 
UEFA Avropa Liqasından uzaqlaşdırılan "Fənərbaxça"nın yerinə bu mövsüm avrokuboklardan hansı klubun iştirak edəcəyi ilə bağl qərarını verib.
 
Sportal.az xəbər verir ki, İstanbul klubunu əvəzləyəcək klub pley-off mərhələsində uduzan 30 komandadan biri olacaq. UEFA bu seçimi püşkatma yolu ilə aparacaq.
 
Püşkatma sabah Monakoda olacaq.
 
Xatırladaq ki, “pley-off”da mübarizəni dayandırmaq ehtimalı olan komandalardan biri də “Qarabağ”dır. Ağdam təmsilçisi Avroliqanın dördüncü təsnifat mərhələsinin ilk görüşündə Almaniya “Ayntraxt”ına 0:2 hesabı ilə uduzub. Mütəxəssislər təkrar matçda da almanları şanslı görürlər.
Qeyd edək ki, "Fənərbaxça" danışılmış oyunlarda adı hallandığı üçün avrokuboklardan 2 illik kənarlaşdırılıb.

Xəbər xətti