"Şanssızlıq öz sözünü dedi"

13:26 - 31 Avqust 2013

Qara Qarayev: "Avroliqanın qrup mərhələsinə çıxmağın ən asan yolu çempion olmaqdır"

 

"Cavab oyununda yaxşı oyun nümayiş etdirdik. Lakin əlimizə düşən qol epizodlarından istifadə edə bilmədik. Şanssızlıq öz sözünü dedi".

 

Bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Sportal.az-a açıqlamasında bildirib. O, həmçinin əsas diqqətlərini çempionata verəcəklərini də dilə gətirib:

 

"Artıq bizim üçün Avroliqa bitdi. Əsas diqqətimizi çempionata yönəltməliyik. Avrolqiyanın qrup mərhələsinə düşməyin ən asan yolu çempion olmaqdır. Bu mövsüm bunu bacaracağımıza inanıram. Hal-hazırda komanda AZAL-la oyuna ciddi şəkildə hazırlaşır".

Xəbər xətti