"Sumqayıt" - "Rəvan" matçı yenidən keçirilməlidir" AKTUAL

13:51 - 3 Sentyabr 2013

Zəfər Öndər İpək: "Fariz Yusifov protokola iki sarı vərəqəni qeyd etməyibsə, ... "

 

Azərbaycan Premyer Liqasının v turunda "Sumqayıt" - "Rəvan"la qarşılaşıb. 

 

Sportal.az xəbər verir ki, matça damğasını oyunu idarə edən hakim Fariz Yusifov qoyub. Belə ki, Görüşün təxminən 85-ci dəqiqəsində Abbasov 2-ci sarı vərəqə alsa da, baş hakim Fariz Yusifov səhlənkarlığa yol verib. Ramazanın meydandan qovulması bir də oyuna əlavə olunmuş dəqiqələrdə yada düşüb. Yan xətt hakiminin yada salmasından sonra Yusifov Ramazana qırmızı vərəqə göstərib.

 

Saytımızın türkiyəli eksperti Zəfər Öndər İpək baş verən bu hadisəyə belə münasibət bildirdi:

 

"Sumqayıt" - "Rəvan" matçı yenidən keçirilməlidir. Fariz Yusifov burada böyük yanlışlığa yol verib. Bir məsələ də var ki, əgər Yusifov oyundan sonra protokola sarı vərəqələrdən birini yazmarsa, o zaman oyun yenidən keçirilməz. Nizam İntizam Komitəsi də bu protoklu hər iki kluba göndərməlidir. Əgər hakim xətasını anlayıb iki sarı vərəqəni protokloa qeyd edibsə, oyun mütləq yenidən keçirilməlidir."

 

Ekspert "Bakı" - "Neftçi" oyununda Cavid Hüseynova verilən qırmızı vərəqəyə də münasibət bildirdi:

 

"Hakimin qərarını alqışlayıram. Burada referi düzgün olaraq birbaşa qırmızı vərəqə verib."

 

Zəfər Öndər İpək Azərbaycanda FİFA dərəcəli hakimlərin FİFA emblemini taxıb oyunları idarə etməsini yanlış hesab edir:

 

"Bu, yanlışdır. Yalnız hal-hazırda FİFA dərəcəli hakimlər oyunları FİFA emblemini taxaraq idarə edə bilər. İndi FİFA referisi olmayan hakimlərin bu emblemi taxması və Premyer Liqa oyunlarını idarə etməsi yanlışdır."

Xəbər xətti