"Bu dəqiqə tapşırıq verəcəm ki, yoxlanılsın və tədbir görülsün" MÜSAHİBƏ

14:41 - 4 Sentyabr 2013

Aqil Məmmədov: "O, 7 dəqiqə bizə kömək edərdi"
 
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədovun Sportal.az-a müsahibəsi
 
- Evdə "Rəvan"a minimal hesabla məğlub oldunuz. Bu nəticə oyuna görə oldu?
- Bu nəticənin ədalətli olmadığını düşünürəm. Nəticə oyuna görə olmadı. Mən deyərdim ki, biz bu oyunu udmalıydıq. Bir neçə qol epizodlarından yararlana bilmədik. Belə də olur. Komandam qələbəyə layiq oyun oynadı, amma nəticədə məğlub olduq.
 
- "Sumqayıt" qol vurmaqda çətinlik çəkir. Bunun səbəbi nədir?
- Bəzi epizodlarda təcrübəsizlik, bəzi epizodlarda isə ustalıq səviyyəsinin aşağı olması öz təsirini göstərir.
 
- Pərdis Fərzad Azad keçən mövsüm oynadığı futboldan çox uzaqdı... 
- Pərdis neçə aydır ki, zədəlidir. "Rəvan"la da oyuna ikinci hissədə meydana çıxdı və bir qol epizodundan yararlana bilmədi. Vursaydı yaxşı olardı. Mən onun hal-hazırki fiziki drumunu normal sayıram.
 
- "Sumqayıt" - "Rəvan" matçında Fariz Yusifovun "Rəvan"ın futbolçusu Ramazan Abbasova iki sarı vərəqə göstərsə də onu meydandan qovmadı. Yalnız 7-8 dəqiqədən sonra 4-cü hakimin xəbərdarlığından sonra Yusifov Abbasovu meydandan qovdu. Sizcə bu hadisə oyunun nəticəsinə təsir etdi?
- Bilirsiniz, bu, futboldu. 10 nəfərə qarşı o qədər futbol oynayan komanda olub ki, heç bir qol da vura bilməyiblər. İndi durum deyim ki, 10 nəfərə qarşı biz 7 dəqiqə oynasaydıq qol vuracaqdıq və qalib gələcədik? Belə demək olmaz. Amma belə deyə bilərəm ki, o,7 dəqiqə bizə kömək edərdi.
 
- Haradasa rəqibin azlıqda qalması sizə üstünlük yarada bilərdi?
- Əlbəttə. Hələ hakimin əlavə etdiyi dəqiqələri də nəzərə alsaq 11-12 dəqiqə üstünlük bizdə ola bilərdi. 
 
- 4-cü hakimə siz demisiniz rəqib azlıqda qalmalıdı?
- Yox mən deməmişəm.4-cü hakim yan xətt hakiminə nəsə dedi sonrada baş hakimə xəbardarlıqdan sonra qırmızı vərəqə göstərdi. Mən başa düşə bilmirəm ki, hakimlər arasında danışıqlar aparmaq üçün mikrafondan bu oyunda yox idi. Necə olur ki, bir oyunda olur, bir oyunda olmur. Mikrafonlar olsaydı və əlaqə qurulsaydı, həmin anda da oyunçu meydandan qovulardı.
 
- FİFA referisi olmuş bir hakimin belə bir səhvə yol verməsini nə ilə əlaqələndirirsiniz?
- Mənə elə gəlir ki, Fariz Yusifov burada unudqanlığa yol verib. Burada heç bir qərəzdən söhbət gedə bilməz. İnsandı, bunu bilərəkdən etməyib.
 
- Ekspertlər bu hadisə ilə bağlı dedilər ki, əgər Fariz Yusifov hər iki sarı vərəqəni protokolda qeyd edərsə və səhvini başa düşərsə, o zaman matç yenidən keçirilməlidir. Siz buna necə şərh verərdiniz?
- Qaydalar bunu deyirsə, istəyərdik ki, matç yenidən keçirilsin. 
 
- Ümumiyyətlə oyun protokoluna baxdınız və siz bu səhvlə bağlı nəsə qeyd etdiniz?
- Sözün düzü baxmamışam. Əgər belədirsə, mən tapşırıq verəcəm yoxlasınlar və tədbir görülsün. Bu dəqiqə bu işlə məşqul olacam. 
 
Ayaz İBRAHİMOV

Xəbər xətti