Ən çox hücum təşkil edən "Xəzər Lənkəran" oldu

01:31 - 6 Sentyabr 2013

V turun ən yaxşıları müəyyənləşib

 

Premyer Liqasda V turun statistik göstəriciləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən turun rəmzi yığması aşağıdakı kimidir:

Qapıçı: Cahangir Həsənzadə (AZAL)

Müdafiəçilər: Aleksandr Şemonayev (AZAL), Rəşad Sadıqov (Qarabağ), Oskars Klava (AZAL), Branislav Arsenyeviç (AZAL)

Yarımmüdafiəçilər: Ruslan Tağızadə (AZAL), Lorenzo Ebesilio (Qəbələ), Əfran İsmayılov (Bakı), Mindauqas Kalonas (Bakı)

Hücumçular: Rauf Əliyev (Bakı), Draqan Çeran (Simurq)


Bu tur topa ən çox sahib olan komanda "Qarabağ", ən çox hücum təşkil edən isə "Xəzər Lənkəran" olub. Ağdam təmsilçisi, həm də dəqiq ötürmələrin sayında liderdir. "Rəvan" futbolçuları 9 dəfə oyundan kənar vəziyyətə düşüblər. 

Təkbətək mübarizələrdə "Qəbələ" futbolçuları daha yaxşı nəticə göstəriblər. "Sumqayıt" klubu isə bu tur ən çox top itkisinə yol verən komandadır.


Turun ən yaxşı oyunçusu "Bakı" klubunun hücumçusu Rauf Əliyevdir. "Qarabağ"ın gənc müdafiəçisi Bədavi Hüseynov isə dəqiq ötürmələrin sayında fərqlənib. "Qəbələ"li Lorenzo Ebesilio ən çox driblinq edən, komanda yoldaşı Rail Məlikov isə rəqibdən ən çox top alan futbolçudur.

Xəbər xətti