"Deyiblər ki, gözlə, xəbər verəcəyik"

11:17 - 9 Sentyabr 2013

Ramil Həşimzadə Premyer Liqa təmsilçisindən xəbər gözləyir
 
 
“Rəvan”dan ayrıldıqdan sonra hələ də özünə klub tapa bilməyən Ramil Həşimzadə haqda təzə məlumat var.
 
Sportal.az xəbər verir ki, gənc yarımmüdafiəçi Premyer Liqa klubundan xəbər gözləyir.
 
Belə ki, Həşimzadə adını açıqlamadığı yüksək dəstə komandası ilə danışıq aparır.
Ramil hazırda gözləmə mövqeyini tutduğunu bildirib:
“Birinci divizionda oynamaq istəmədim. Premyer Liqa klubu ilə danışıq aparıram. Deyiblər ki, gözlə, xəbər verəcəyik. İndi onlardan xəbər gözləyirəm. Bu komanda “Sumqayıt” deyil, daha iddialı klubdur”. 

Xəbər xətti