İlqar Nəbiyev: "Sənəd məsələləri düzəlsə, Qırğızıstan millisində çıxış edəcəm"
Litvanın "Tauras" klubunun futbolçusu İlqar Nəbiyevin Sportal.az-a müsahibəsi
- Uzun müddətdir ki, legioner həyatı yaşayırsan. Çətin deyil ki, ölkədən kənarda oynamaq?
- Yox çətin deyil. Mən buna alışmışam. Bəzən ev üçün darıxıram, amma hər şey yaxşıdır.
- Çıxış etdiyin Litvanın "Tauras" klubu turnir cədvəlində sonuncu yerdə qərarlaşıb. Komandanın vəziyyəti niyə pisdi?
- "Tauras" həmişə iddialı olub. Çox yox, keçən mövsüm Litvanı Avropa Liqasında təmsil edib. Bu il klubun prezidenti komandanın büdcəsini azaltdı. Buna səbəb klubun borcu olması idi. Gələn mövsümdən "Tauras" öz iddiasını davam edəcək.
- Nə üçün Litvanı seçdin? Başqa təkliflər yox idi?
- Var idi, Moldovanın "Rapid" klubu ilə razılığa gəlmişdim. Menecerim Mehmet Ali Çalışkan Litavadan sərfəli təklif olduğunu dedi və məndə bu təklifi qəbul etdim.
- Bəs nə üçün əsas milli komandaya dəvət almırsan?
- Buna görə təəssüf hissi keçirirəm. Ən azından mənə baxa bilərdilər. Mən Moldovada oynayanda Nazim Süleymanova mənim haqqımda məlumat vermişdilər. Süleymanov isə cavabında "bizi Moldova çempionatının səviyyəsi qane etmir" demişdi. Mənə belə dedilər. Bu yaxınlarda da "Tauras"a transfer olduqdan sonra AFFA rəsmisi Raid Rafiyevə mənim haqqımda məlumat verimişdilər, amma o da "bəli biz İlqar Nəbiyevi tanıyırıq, amma onu heç vaxt milliyə çağırmayacağıq" deyib. Raid Rəfiyev gedib Türkiyənin "Ankaragücü"nün hüçumçusu Teoman Sapanı milli komandamıza dəvət edir, amma yerli futbolçulardan Asif Məmmədov, Namiq Yusifov kimi futbolçular kənarda qalıblar. Mən artıq milli komandadan əlimi üzmüşəm və başqa ölkədən təklif almışam.
- Bu hansı ölkədir?
- Qırğızıstan milli komandası mənə dəvət göndərib. Sənəd məsələləri düzəlsə, noyabrın 16-da Bişkekdə keçiriləcək Azərbaycan yığmasına qarşı oynamaq şansım var. Bunu Qırğızıstan Futbol Ferderasiyyasının baş katibi Dastan Konbakayev təsdiqləyib.
- Bəs bu oyunda iştirak etsən, nə hisslər keçirəcəksən?
- Könül istərdi ki, öz milli komandamızda çıxış edim. Yalnız görünən budur ki, mən heç vaxt Azərbaycan yığmasında çıxış etməyəcəm. Mən yenə də Azərbaycanlıyam, ailəm, evim və hər şeyim buradadır. Mən fəxr edirəm ki, Azərbaycanlıyam.
- Ümumiyyətlə milli komandanın hazırkı durumu barəsində nə deyə bilərsən? Legioner həyatı yaşamış futbolçuya belə laqeyd münasibət bəsləniləməsi səni narahat edir?
- Millimizin İsraillə sonuncu oyununu izlədim. Öz yerli futbolçularımız canla-başla meydanda sona kimi mübarizə aparırdılar. Milliyə kənardan dəvət olunan futbolçuların səviyyəsi də göz qabağındadır. Mən başa düşə bilmirəm ki, Berti Foqts onları nəyə görə milliyə dəvət edir. Bizim yerli futbolçular onlardan qat-qat üstündürlər. Mən artıq bu laqeyd münasibətə alışmışam. Ona görə də mənə harada isti münasibət varsa, oraya gedirəm. Ataların bir misalını xatırlatmaq istəyirəm: "Boyük yerin balacası olmaqdansa, balaca yerin böyüyü olmağı seçərəm."
saytlarin hazirlanmasi