"Bu gün Elçin Məmmədova ehtiyac var" SORĞU

17:17 - 11 Sentyabr 2013

"Xaqani Məmmədov hakimləri gəzdirənə qədər onlara dərs keçərdi"
 
Mövsümün beş turu artıq arxada qalıb. Ancaq hakimliklə bağlı narazılıqlar davam edir. Hətta bəzən bir hakim üç oyuna təyinat alır. Sizcə, hakimlikdən uzaqlaşdırlan təcrübəli ədalət təmsilçilərinə indiki halda Premyer Liqada  ehtiyac varmı? Cəzalanan hakimlərdan Anar Salmanovla Anar Niyazov aşağı dəstə oyunlarına dəvət alırlar.
 
Ancaq otən mösüm Elçin Məmmədov ümumiyyətə hakimlikdən uzaqlaşdırıldı. Bu barədə Sportal.az saytı mətbuat işçiləri arasında sorğu keçirib. Həmin sorğunu təqdim edirik:
 
Elçin Cəlilov (futbolpress.az saytı): “Söz yox ki, çox aktual bir məsələyə toxunmusunuz. Keçən ildən bu mövzuları çox qabardırdıq. Məncə, hakimləri bələ cəzalandırmaq məntiqə sığmır. Daha məntiqli cəzalandırmaq olardı. Ötən il biz Elçin Məmmədovun qovulmağını böyük hadisə kimi hallandırdıq. Bütün hadisələr bir oyuna görə baş verdi. Ancaq bu barədə heç bir tərəf  açıqlama vermədi. Hər halda Xəqani Məmmədov və PFL-in prezidenti Ramin Musayevin hər zaman tərəfini saxladığı Elçin Məmmədovu müddətsiz olaraq qovmağı onu göstərir ki, hakimlik sütunu çürükdür. Əgər sübutsuz qovulursa, niyədə geri qaytarılmasın? Çünki yerdə qalan hakimlərimizin əksəiyyəti təcrübəsizdir. Mən bilmirəm pərdə arxası məqamlarda nələr baş verib. Ancaq bu məqamlar hər birinə aiddir. Kimsə özünü mələk kimi göstərməsin. Bu gün Elçin Məmmədova ehtiyac var”.
 
Natiq Muxtarlı (“Komanda” qəzeti): “Əslində Azərbaycan hakimliyinin problemlərini qabardanda onu Azərbaycan futbolunun problemləri ilə mütənasib şəkildə hallandırmaq lazımdır. Guya Elçin Məmmədov olanda hakimliklə bağlı problemlər yox idi ki? Var idi. Özü də ən çox problemlər Elçin Məmmədovdan qaynaqlanırdı. Azərbaycan futbolunun problemi onun idarəçiliyi ilə bağlıdır. Rövnəq Abdullayevin gəlişindən sonra hakimlərin yetişməsinə külli miqdarda vəsait ayrılıb. Məktəblər açılır və s.  Bizdə futbolçu yetişməməyinə bəraət qazandırmaq olar. Ancaq hakimliklə bağlı qətiyyən bunu demək olmaz. Çünki bizim köklü hakimlik ənənlərimiz var. Problem AFFA-dan qaynaqlanır. İndi futbolumuz 5-6 hakimin ümidinə qalıbsa, buna rəhbər şəxslər cavabdeh olmalıdır. Azərbaycan futbolunu siması necədirsə, hakimliyinin də siması elədir. Hakimlərin səhv eləməsi AFFA-nın yuxarı rəhbərlərinə sərf eləyir. Hər hansı bir narazılıq olan kimi yönəldirlər hakimlərin üzərinə. Bu vasitə ilə də bu adamlar özələrini təndiqlərdən sığortalayırlar. Onsuzda hakimlər sifariş yerinə yetirlər. Bu halda isə çempionatı elə üç hakimlədə yola vermək olar. Dəfələrlə mətbuat qabardıb ki, xaricdə hakim gətirilsin ancaq klub rəhbərləri də bunu dəstəkləməyiblər. Çünki onlara da belə hakim sərf edir”.
 
Saleh Arslan (korner.az): “Elçin Məmmədov iddia edir ki, məz özüm getmişəm. Ancaq Azərbaycan timsalında buna inanmıram. Ona ehtiyac görürəmə gəldikdə isə, yaxşı olub pis bir iş görməkdənsə, pis olub yaxşı iş görməyi PFL əsas götürsə, bir neçə ilə bunun xeyrin görə bilər. Mənə elə gəlir ki, bu mövsüm hər şey aparır xaricdən hakim gətirilməsinə. Artıq son turdan sonra bütün klublar hakimlidən narazıdırlar. Yanlız bir oyunda narazılıq olmayıb. Həmin oyunu da Vüsal Əliyev idarə edib. Hələ mən nəzəriyyəni qoyum bir kənara hakimlərimiz pisxoloji cəhətdən hazır deyillər. Belə nə qədər davam etmək olar? Hər klub bir hakim sifariş edir. Biri deyir filan hakim bizim oyuna gəlməsin, o biri başqa şey deyir. Ancaq mən hesab etmirəm ki, Elçin Məmmədova ehtiyac var. Bir nəfər guya neyləyəcək ki? Anar Salmanovun birinci divizonda qalması biyabırçılıqdır. Adama Avropadan oyunlar gəlir. Sabah bu gedib orda səhv eləyəndə kim cavab verəcək buna? Bu ayıbdır. Çıxıb adamın  günahın desinlər bizdə bilək. Xəqani Məmmədov aparıb hakimləri gəzdirənə qədər onlara dərs keçərdi”.

Xəbər xətti