"Mən bu gənclərin üzünü görə bilmirəm, bu necə işdir?"

17:58 - 11 Sentyabr 2013

Con Toşak niyə qəzəblənib?
 
Ölkəmizə gələrkən “Əgər yaxşı dadı olan yerli məhsul varsa, nəyə görə xaricə getməliyik?”deyərək diqqət çəkən Con Toşak, “Xəzər Lənkəran”da çalışdığı müddətdə heç də “yerli məhsul”a gözlənilən marağı göstərmədi.
 
Sportal.az xəbər verir ki, Karles Bakesin baş məşqçiliyində meydana tez-tez çıxan Kamran Abdullazadə, Kazım Kazımlı, Ağabala Ramazanov və Elnur Cəfərov kimi gənc futbolçular uelsli çalışdırıcının dövründə ehtiyat skamyasının bəzəyinə çevrildilər.
 
Gənc qapıçı Tərlan Qasımzadə əsas heyətdə yerini möhkəmlətdikcə əvəzedicidən gətirilən Elvin Mirzəyev isə bir müddət sonra yenidən Kazım Kazımlı ilə birgə geri göndərildi. Əsas heyətdə qalanlardan isə yalnız Ağabala Ramazanov ara-sıra meydana çıxa bilirdi. Yeri gəlmişkən son günlər yayılan xəbərlərə görə Ramazanov baş məşqçinin qara siyahısına düşüb və komandadan qovulmaq təhlükəsi ilə üzləşib. Belə ki, yayılan həmin xəbərə görə U 19-düşərgəsindən ayrılandan sonra “Xəzər Lənkəran”a qoşulmadan evinə yollanan gənc futbolçu bu hərəkəti ilə Con Toşakı qəzəbləndirib. Ramazanovun U 19-da komanda yoldaşı olan Kamran Abdullazadəni isə Toşak heç U 19 millisinin düşərgəsinə getməyə belə buraxmamışdı. Əvəzində isə Elnur Cəfərov U 17- millinin düşərgəsinə çağırılıb. Sentyabrın 14-də “Bakı” ilə keçiriləcək oyunda hücum xəttində Elnura şans verməyə hazırlaşan Con Toşakın planları bununla da pozulub. Sentyabrın 10-da keçirilən axşam məşqindən sonra “İndi mən gənc futbolçulardan necə yararlana bilərəm? Mən bu gənclərin üzünü görə bilmirəm, bu necə işdir?” deyən Con Toşakı bəlkə də başa düşməkdə olardı. Ancaq bu artıq bizim problem deyil. Axı elə daim biz kimlərisə başa düşməyə çalışırıq. Bəs biz azarkeşləri kim başa düşəcək?..
 
12cioyuncu.info

Xəbər xətti