"Xəzər Lənkəran"a bu qayıdışımı özüm üçün ikinci şans sayıram"

17:23 - 12 Sentyabr 2013

Tural Cəlilov: "Sanki bəxt bizdən üz döndərib"
 
"Xəzər Lənkəran"ın futbolçusu Tural Cəlilov Sportal.az-a müsahibə verib. O, komandaya ikinci qayıdışından və Lənkəran klubunun uğursuz çıxışından danışıb.
 
- Lənkarana qayıdışınla bağlı fikirlərini bilmək istəyirdim?
- Hər şey əladır. Məşqçi də razılığın bildirir. Özümdə hər şeydən razıyam.
 
- Lənkəranda bir dəfə oynamısan. Ancaq bu qayıdışını özün üçün ikinci bir şans sayırsanmı?
- Əlbəttə ki, bunu ikinci şans kimi dəyərləndirmək olar. Inşallah çalışacam ki, ümidləri doğruldum.
 
- Sən Rednikin vaxtında da komanda da oynayırdın. O zaman komanda daha güclü idi. Rednikin gedişindən sonra komanda da bir eniş yaşandı. Bu çempionatda da klubun hələlik bir qələbəsi belə yoxdur. Sənin fikrincə klubda nə çatışmır?
- Mənim üçün bu barədə danışmaq çətin olacaq. Istəmirəm bu haqda danışım. Komanda yaxşıdır, yaxşı kollektiv var. Ancaq futboldur da, bəzən alınmır. Bir qalibiyyət lazımdır ki, hər şey yerinə düşsün. Calışacağıq ki, “Bakı” ilə oyunu qalibiyyətlə başa vuraq. Həm azakeşləri sevindirək, həmdə turnir cədvəlindəki vəziyyətimizi yaxşılaşdıraq.
 
- Qarşıda hələ 31 tur var. “Xəzər Lənkəran” bu turlarda əvvəlki  iddiasını davam etdirə biləcək?
- Biz hər zaman çempionluğa oynuyan komandayıq.
 
- Belə deyək, komanda son turlardakı oyunlarında qol imkanlarndan yararlana bilmir. Səncə, problem hücum xəttindədirmi?
- Qol vəziyyətlərimiz həddindən arıq çox olur. Bunu hamı görür. Sanki bəxt bizdən üz döndərib.
 
- O gün belə bir xəbər yayılmışdır ki, komanda məşqdə 40 dəqiqə boş qapıya qol vura bilmyib. Budamı bəxtsizlikdir?
- Nəbilim vallah. Məşqlərdə vururuq (gülür). Əsas oyunda həyata keçirməkdir.
 
- Toşak “Qəbələ” ilə oyundan sonra mətbuat konfransında dediki , Tural Cəlilovun son məşqlərdəki oyunu xoşuma gəlir. Məncə, Elnur Allahverdiyevin yerinə oynaya bilər. Toşakın sənə şans yaradacağına inanırsan?
- Məndə canla başla məşq edirəm ki, məşqçinin etimadını qazanım. Inşallah, şans verər məndə oynayaram.
 
- Sabah qarşılaşacağınız rəqib son  vaxtlar yüksəlişdədir. Ancaq sizdəsə, bu əksinədir. Nə düşünürsən “Bakı”ya qalib gələ biləcəksinizmi?
- Evdə, azarkeşlərimiz qarşısından oynadığımıza görə qələbə qazanmalıyıq. Bunu bacaracağımıza inanıram. Əlimizdən gələni edəcəyik.
 
- Toşakdan şans gözləyirsənmi?
- Əlbəttə. Məndə istəyirəm komandanın uğurlarında mənim də əməyim olsun.
 
Zamin YUSİF

Xəbər xətti