"Onlar Xəqani Məmmədov kimi pambıqla baş kəsməyi hələ öyrənməyiblər" SORĞU

17:47 - 12 Sentyabr 2013

Mövsümün beş turu artıq arxada qalıb. Ancaq hakimliklə bağlı narazılıqlar davam edir. Hətta bəzən bir hakim üç oyuna təyinat alır. Sizcə, hakimlikdən uzaqlaşdırlan təcrübəli ədalət təmsilçilərinə indiki halda Premyer Liqada  ehtiyac varmı? Cəzalanan hakimlərdan Anar Salmanovla Anar Niyazov aşağı dəstə oyunlarına dəvət alırlar.
 
Ancaq ötən mösüm Elçin Məmmədov ümumiyyətə hakimlikdən uzaqlaşdırıldı. Bu barədə Sportal.az saytı mətbuat işçiləri arasında sorğu keçirib. Həmin sorğunu təqdim edirik:

 

 

Həbib Aslanov (Futbol+) : " Məncə, təcrübə baxımından təcrübəli hakimlərə ehtiyac var. Amma məncə, Elçin Məmmədova və  Anar Salmanov kimi adı qalmaqalla hallanan ehtiyac yoxdur. Geridə qalan V turda səhvlər var, amma qərəz görməmişəm. Əsas da odur ki, qərəz olmasın.  "Böyük oyun"da və kubokun finalında əcnəbi hakim olmalıdır."

 

İlkin Vaqif oğlu (Sport Favorit): "Təcrübəli hakimlərə hər yerdə ehtiyac var.  Təcrübəli hakimlər oyunlara təyinat alanda daha səviyyəli olur.  Azərbaycanda futbol tam fərqlidir. Hakimlər yuxularında görmədiklərini həyatda görürlər. Əfsuslar olsun ki, Elxan Məmmədov hakimləri əlində oyuncağa çevirib. Cəzalı hakimlər güclü hakimlərdir, amma onlar Xəqani Məmmədov kimi pambıqla baş kəsməyi hələ öyrənməyiblər. Hami bilir ki, Xəqani Məmmədov nə hoqqalardan çıxıb. Mən hesab edirəm ki, hakimlərimiz şahmat oyunundakı fiqurlardır. İstədiyi vaxt qabağa və ya dala verə bilirlər. Hakimlərimizi günahlandırmaq olmaz. Bütün problemlər Elxan Məmmədovdur. Xəqani Məmmədov da hansısa klub rəhbərlərinin cibinə baxır. Hakimləri də Ramin Musayev və Elxan Məmmədov hakimləri öz aralarında bölüşdürürlər. Xəqani Məmmədov rüşvət almaqdan, klub rəhbərlərinin qapılarını bağlamaqdan başqa heç nə bilmirlər. Xəqani Məmmədovdan və ya Ramin Musayevdən nə öyrənmək olar? 

Cavan hakimləri qınamaq olmaz, onları öyrədən yoxdur. Əliyar Ağayev döyülürsə, söyülürsə özü fikirləşməlidir ki, harada səhv edib. Xaricdən hakimlər çoxdan gəlməlidir. Amma bu dəqiqə Ramin Musayev bu məsələyə narazıdır. Çünki kimlərə sifariş verəcəyini yaxşı bilir. Xarici hakimlər gəlsə, çempionatın nəzarəti Elxan Məmmədova keçəcək.  Artıq çempionatda 3-5 həftə geridə qalıb, çempionat axıra kimi də belə davam edəcək. Yenə hakimlər döyüləcək və qovulacaq.  Əsas sifarişçilər, işbazlar yenə işlərini görəcək və  bu proses davam edəcək"

Xəbər xətti