Aqil Nəbiyev: "Diqqətsizliyimizin ucbatından qol buraxdıq"
"Rəvan"ın müdafiəçisi Aqil Nəbiyevin Sportal.az-a müsahibəsi
- "Qarabağ"ı az qala evə məğlub yola salacaqdınız. Oyunla bağlı fikirlərin nədən ibarətdir?
- Oyuna yaxşı başladıq. Komanda çox istəkli idi. Baş məşqçi bizi oyuna kökləyə bilmişdi. İlk qolu vuran biz olduq. Hamı bilir ki, "Qarabağ" Azərbaycanın ən yaxşı komandalaraından biridir. Qalib gələ bilsəydik daha yaxşı olardı.
- İlk 4 oyundakı məğlubiyyətlərə Sumqayıtda son qoydunuz. "Rəvan"da nə baş verdi ki, artıq son iki oyunda belə əzmkar mübarizə aparırsınız?
- Biz də hər şeyin fərqinə varırıq. "Rəvan" pis nəticələrə layiq komanda deyil. Baş məşqçimiz bizi oyunlara yaxşı hazırlayır. "Sumqayıt"ı məğlub etdikdən sonra "Rəvan"da ab-hava dəyişib. Bunun nəticəsini bu gün "Qarabağ"la oyunda da gördünüz. Çalışacağıq ki, istədiyimiz yerlərdə olaq.
- Qələbə qazanmğınıza nə mane oldu?
- Son dəqiqələrdə qol buraxmağımız yaxşı olmadı. "Qarabağ" kimi komandadan bir xal qazanmağımız yaxşı nəticədir. İlk 4 oyunda çempionata məğlubiyyətlə başlamışdıq. Artıq hiss olunur ki, "Rəvan" toparlanır və növbəti oyunlarda da belə davam etsək, bunun bəhrəsini görəcəyik. Diqqətsizliyimizin ucbatından qol buraxdıq.
- "Qarabağ"la oyunda meydanda ən yaxşılardan idin...
- Özümü oyunlara tam hazır hiss edirəm. Əlimdən gələni edəcəm ki, komandama daha çox kömək edə bilim. Buraya icarə əsasında gəlmişəm. Məqsədim "Rəvan"a kömək etməkdir. Buraya gəzməyə, istirahət etməyə gəlməmişəm.
- Belə mübarizə aparsanız yuxarı pillərə qalxmağınıza ümid var?
- Bəli. Belə mübarizə aparsaq, inanıram ki, hər şey yaxşı olacaq. Futbolçulara da söhbətlərdə dedim ki, növbəti oyunlarda belə çıxış etsək, ən azından bir xalımız var. Çempionatımızda 10 komanda var və hesab edirəm ki, bütün klublar eyni səviyəli komandalardı. Sadecə çıxıb meydanda döyüşmək lazımdı.
Ayaz İBRAHİMOV
saytlarin hazirlanmasi