Famil Səfiyev: "Hədəfimiz çempion olmaqdır" MÜSAHİBƏ

13:10 - 14 Sentyabr 2013

"Vaxt gələcək "Neftçala"da yerli futbolçular da olacaq"
 
"Neftçala"nın prezidenti Famil Səfiyevin Sportal.az-a müsahibəsi
 
- “Neftçala” geridə qalan iki il ərzində nəyə nail oldu?
- Bizim gördüyümü işlər nəticəsində “Neftçala” son iki ildə ikinci və üçüncü yerdə bitirib. Biz bunu uğur hesab etməsək də qısa zamanda komanda formalaşdı. Bu mövsüm aşağı dəstəfə çempion olmaq istəyirik. Ona görə də heyəti daha da gücləndirmişik.
 
- Komanda məşqlərini Neftçala deyil, niyə Bakıda edir?
- Bu sualı mənə dəfələrlə veriblər. Biz də istəyirdik, komanda rayonda məskunlaşsın eləcə də məşqlərini öz meydançasında keşsin. Onda bizə də rahat olardı. Neftçalada qalmamağımızın səbəbi şəraitin olmamasıdır. Orda  qalmağımız üçün otel yoxdu. Digər tərəfdən də baza yoxdu.  Bakıda da qalmağımız bizə sərf etmir. Çünki hər oyuna gedəndə  bizə səfər oyunu kimi gəlir. Bakıdan Neftçalaya getməyə iki saat vaxtımız gedir.
 
- Neftçalada baza yaratmaq fikriniz varmı?
- Belə bir məsələ gündəmdə var. Yaxın vaxtlarfa  Neftçalada baza tikiləcək. Orada stadion var, tək problem bazadır onu da gəlıəcəkdə həll olunacaq.
 
- Azarkeşlər gileylənir ki, komandada yerli, yəni, Neftçalaladan futbolçu yoxdur. Bunun səbəbi nədir?
- Bu gün biz də istəyirik, komandada neftçalalı futbolçu olsun. Ancaq seleksiya apardıq elə birisini tapa bilmədik. Birdə ki, “Neftçala” birinci dəstədə çempionluğa oynayan bir komandadır. Hədəhə çatmaq üçün də heyətimizə daha güclü futbolçuları dəvət etmişik. Bizim üçün fərq etməz ki, komadada yerli olsun və ya başqa bölgədən. Gələcəkdə belə bir fikrimiz var. Neftçalada aşağı uaş qrupları üzrə məşqçilərimiz var. Onlara yerli futbolçuların yetişdirilməsini tapşırmışıq. Bir neçə ildən sonra komadanın heyətində yerli oyunçular da yer alacaq. 
 
- Yeni mövsümdə hədəfiniz nədir?
- Son iki ildə qazanılan nəticələri uğur hesab etmək olar. Ancaq məqsədi olan bir komanda üçün ikinci və ya üçüncü yer uğur sayılmamalıdı. Bizim tək hədəfimiz çempion olmaqdı. Bunu da hesabına Premyer Liqaya vəsiqə qazanmaqdır.
 
- Çempionluq yarışımda komandanıza əsas rəqiblər kimi görürsünüz?
- Ötən il olsaydı, bu suala asan cavab verərdim. İndi bir qədər çətinlik çəkirəm. Keçən illə müqayisədə indi aşağı dəstədə rəqabət daha da artıb. Ona görə ki, iddialı komandaların sayi da çoxdu. Ötən mövsüm 3 komanda birinci yer uğrunda mübarizə aparırdısa, indi onların sayı ən azı yeddiyə şatıb. Bunların arasında çempion olmaq ən böyük nailiyyətdir. Hətta kənardan azarkeşlər deyilər ki, əsas diqqətlər I diviziona yönələcək nəinki Premyer Liqa oyunlarına. Ümumiyyətlə, hələ aşağı dəstəhnin oyunlarpına bu qədərt maraq olmayıb. Artıq bütün bölgələrdə futbola diqqət ayrılır. Bu da onu göstərir ki, Azərbaycan futbolu inkişaf edir. Hər alda bizi aşağı dəstədə uzun və maraqlı marafon gözləyir. Birinci yer uğrunda  7 komanda mübarizə aparacaq. Onlar arasında iddialilardan viri “Neftçala”  komandasıdı. 
 
- Azarkeşlərə nə vəd veririsiniz?
- Azarkeşlərə onu demək istəyirəm ki, heç nə fikirləşməsinlər. Bu komandada neftçalalı futbolçu yoxdursa, caxt gələcək olacaq. Burada əsas rol klubun adıdır. Komanda Neftçala şəhərinin adını daşıyır. Azarkeşlərədən təkcə bir istəyimiz var, stadiondan komandanı dəstəkləmək. Bundan başqa komandaya  nə lazımdır ki? İnanıram ki, onlar komandanı tık qoymayacaq ev və safar oyunlarında komandanın yanında olacaqlar.     
 
Şahin

Xəbər xətti