6-cı tur başa çatdı
Bu gün Premyer Liqada VI tura iki oyunla yekun vuruldu.
Sportal.az xəbər verir ki, 4 gün davam edən tur bu gün başa çatacıb. Son oyun günündə “Sumqayıt” “Simurq”un, “Qəbələ” isə AZAL-ın qonağı olacaq. AZAL qalib gələcəyi təqdirdə turnir cədvəlinin vahid liderinə çevriləcək. “Sumqayıt” isə udarsa, xal ehtiyatını 7-yə çatdıracaq.
Qeyd edək ki, “Simurq”un stadionu hələ tam hazır olmadığından komanda rəqibini Qəbələ şəhər stadionunda qəbul edəcək.
Premyer Liqa: 6-cı tur
15 sentyabr
17:00. “Simurq” – “Sumqayıt” 3:1 (Oyun başa çatıb)
Qol: Stepan Polyak, 22, 41, Draqan Çeran, 37,Elşən Abullayev, 90+2
Baş hakim: Rəhim Həsənov, Coşqun Həsənov, Akif Əmirəli, Ziya Nəsirov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Səfər Haşımov
Qəbələ şəhər stadionu
18:00. AZAL- “Qəbələ” 1:2 (Oyun başa çatıb)
Qol: Con Oluremi, 3, Viktor Mendi 8, Subotiç, 31,
Baş hakim: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-İnspektor: Rövşən Əhmədov
“AZAL Arena”.
“Neftçi” – “İnter” 3:1
“Rəvan” – “Qarabağ” 1:1
“Xəzər Lənkəran” – “Bakı” 2:1
saytlarin hazirlanmasi