"O epizodda yüz faiz qayda pozuntusu var idi" MÜSAHİBƏ

00:00 - 16 Sentyabr 2013

Orxan Sadıqlı: "Bu qələbəni azarkeşlərə hədiyyə edirik"
 
"Xəzər Lənkəran"ın gənc qapıçısı Orxan Sadıqlının Sportal.az-a müsahibəsi
 
- “Bakı” ilə oyun haqqında nə deyə bilərsən?
- Oyundan qabaq başda biz futbolçular olmaqla yaxşı başa düşürdük ki, bu matç bizim üçün dönüş nöqtəsi olmalıdır və şükürlər olsun ki, bu oyunu qazandıq.
 
- Erkən dəqiqələrdə qol buraxdınız. Bu barədə nə deyə bilərsən?
- Buradığımız qolda mənimdə səhvim var idi. Kiçik bir anlaşılmazlıq oldu amma əsas odur ki, 2 top vurub qalib gəldik.
 
- Buraxdığın qolda sənə qarşı qayda pozuntusu var idimi?
- Vallah, mən uşaqlıqdan futbol oynayıram, belə bir qayda var ki, 5 metrlik xəttin içində qapıçıya toxunma qayda pozuntusudur. Bu epizodda rəqib futbolçu mənim topu götürməyimə icazə vermədi və mənə toxundu. Bu epizodda yüz faiz qayda pozuntusu var idi.
 
- Oyunda zədələnmişdim. Hal-hazırda zədən necədir?
- Hə, oyun vaxtı “Bakı”dan Penanın dirsəyi belimə dəydi. Düzdür ağrı var amma müalicə olub komandama kömək edəcəyəm.
 
- Səncə, bu oyun bir geri dönüş nöqtəsi ola biləcək?
- Əlbəttə, bu oyuna çox ciddi hazırlaşmışdıq, istər futbolçular, istərsə də rəhbərlik. Hamı qaələbə əzmi ilə meydana çıxmışdı və çəkdiyimiz zəhmətin bəhrəsini gördük.
 
- Sonda, azarkeşlərə nə demək istəyirsən?
- Onlara təşəkkür edirəm, həm səfər, həm də ev oyunlarında bizə dəstək olurlar. Bu qələbəni də azarkeşlərə hədiyyə edirik. İnşallah, bundan sonrakı oyunlarda da bizi tək qoymazlar.
 
 
Yusif HÜSEYN
 
 

Xəbər xətti