İlk xanım ədalət təmsilçisi

11:26 - 16 Sentyabr 2013

Səbayel Qurbanovadan het-trik
 
"Rəvan” – “Qarabağ” oyunu qadın hakimin idarəçiliyi ilə diqqət çəkib.
 
Sportal.az xəbər verir ki, Səbayel Qurbanova cari mövsümdə Premyer Liqanın qarşılaşmasına baş hakim kimi çıxan ilk xanım ədalət təmsilçisi olub. Ümumilikdə isə Azərbaycan çempionatlarının 21 illik tarixində 3-cü dəfə komandaları meydana qadın hakim çıxarıb. Əvvəlki 2 görüş də məhz Qurbanovanın hesabındadır. Artıq 3-ə çatan referi əvvəlki 2 oyununu 2010/11 mövsümündə idarə etmişdi.
 
Premyer Liqada qadın hakimin idarə etdiyi oyunlar
 
23.04.2011   Muğan - Simurq       3:0          Səbayel Qurbanova
 
12.05.2011   Muğan - MOİK         1:0           Səbayel Qurbanova
 
13.09.2013   Rəvan - Qarabağ     1:1          Səbayel Qurbanova 

Xəbər xətti