"Xəzər Lənkəran" azarkeşləri həftənin lideridir

00:22 - 17 Sentyabr 2013

Ən az azarkeş "Simurq"un oyununa gəlir
 
 
Premyer Liqanın VI turunun oyunlarını ümumilikdə 10550 azarkeş izləyib.
 
 
Sportal.az xəbər verir ki, bu hər oyuna orta hesabla 2210 nəfər deməkdi.
 
Ən çox azarkeş "Xəzər Lənkəran" - "Bakı" matçına gəlib. Bu qarşılaşmanı 7100 nəfər izləyib. Ən az tamaşaçı isə "Simurq" - "Sumqayıt" oyununda qeydə alınıb - 150 nəfər. Mövsümün antirekordu sayılan bu göstərici ilk turun "Simurq" - "Rəvan" oyununda da qeydə alınmışdı.
Xəzər Lənkəran - Bakı (7100 tamaşaçı)
Neftçi - İnter (1500 tamaşaçı)
AZAL - Qəbələ (1500 tamaşaçı)
Rəvan - Qarabağ (300 tamaşaçı)
Simurq - Sumqayıt (150 tamaşaçı)
VI tur azarkeş sayı baxımından mövsümün ən yaxşı üçüncü göstəricisi olub: I tur 8500 (orta hesabla 1700), II tur 10600 (2120), III tur 11100 (2220), IV tur 13450 (2690), V tur 6000 (1200), VI tur 10550 (2210).
Ümumilikdə, 6 turun 30 oyununu 60200 nəfər canlı izləyib ki, bu da hər tura orta hesabla 2006 tamaşaçı deməkdi.
Qeyd edək ki, mövsümün rekordu "Xəzər Lənkəran" - "Neftçi" oyununa məxsusdu - 10000 nəfər.

Xəbər xətti