"Xəzər Lənkəran" və azarkeşlərinə şad xəbər

12:25 - 17 Sentyabr 2013

Junior Nildo AZAL-la matçda forma geyinə bilər

 

"Xəzər Lənkəran"ın hücumçusu Junior Nildonun zədələnməsi ilə bağlı məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, artıq futbolçu məşqlərə başlayıb və AZAL-la matçda forma geyinə bilər.

Bu barədə saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.

 

"Artıq Nildo fərdi məşqlərə başlayıb və vəziyyəti yaxşıdır. AZAL-la matça qədər tam hazır olacaq"

Xəbər xətti