"Qəbələ", Bakı" cərimələndi
İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul edilib.
Sportal.az xəbər verir ki, Premyer Liqanın VI turunun “Neftçi” – “İnter” oyununun 76-cı dəqiqəsində “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur. Matçın 83-cü dəqiqəsində “İnter” klubunun 47 №-li futbolçusu Abdulla Abatsiyevlə “Neftçi” klubunun 16 №-li futbolçusu Bruno Bertuççi idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 1 oyunluq cəzalanır, klublar 200 manat cərimə olunur. Matç başa çatdıqdan sonra “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransında ikinci dəfə iştirak etmədiyi üçün klub 2000 manat cərimə olunur.
Premyer Liqanın VI turunun “Rəvan” – “Qarabağ” matçının 54-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur.
Premyer Liqanın VI turunun “Xəzər Lənkəran” – “Bakı” matçında “Bakı” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur. Oyunun 8-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun məşqçisi Emin Quliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırldığı üçün 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur. Matçın fasiləsi zamanı “Bakı” klubunun baş meneceri Zeynal Məmmədov hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur.
Premyer Liqanın VI turunun AZAL – “Qəbələ” matçında AZAL klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur. Oyunun 50-ci dəqiqəsində “Qəbələ” klubunun 4 №-li futbolçusu Amit Quluzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur. Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun məşqçiləri Dmitri Kramarenko, Sənan Qurbanov, klubun inzibatçıları Vüqar Məmmədov və Şirin Tahirov texniki zona qaydalarını pozduqlarına görə hər bir şəxs 1 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur. Oyun başa çatdıqdan sonra “Qəbələ” klubunun məşqçisi Andrey Syomin hakimləri təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur.
saytlarin hazirlanmasi