"Özüm bilmirəm, bu suala necə cavab verim?" MÜSAHİBƏ

13:08 - 18 Sentyabr 2013

Vüqar Əsgərov: "Azarkeşlərdən üzr istəyirəm"
 
"Sumqayıt"ın hücumçusu Vüqar Əsgərovun Sportal.az-a müsahibəsi
 
- "Simurq"la oyun haqqında nə deyə bilərsən?
- Bağışla, bu oyuna şərh vermək istəmirəm. Özüm bilmirəm, bu suala necə cavab verim.
 
-  Bu "qara zolaq"dan nə vaxt çıxacaqsınız?
- Məncə, hər şey yaxşı olacaq. Sadəcə buna inanmaq lazımdır. Qısa vaxtda siz əsl Sumqayıt"ı görəcəksiniz.
 
- Növbəti turda güclü komandalardan biri "Neftçi" ilə qarşılaşacaqsınız. Komandada əhval-ruhiyyə necədir?
- "Neftçi" güclü komandadır. İndi ancaq o oyunla bağlı fikirləşirik.  Bu oyunla uğursuz gedişimizə son vermək istəyirik və meydana yalnız qələbə üçün çıxacağıq.
 
- Komanda son üç oyunu uduzur. Komandanda nə kimi problemlər var?
- Bəli, son üç oyundur məğlub oluruq. Komandada heç bir problem yoxdur. Sadəcə daha çox çalışmalıyıq və inanmalıyıq.
 
- Klub rəhbərliyi bu məğlubiyyətlərə görə futbolçulara cəza verib?
- Yox heç bir cəza verilməyib. Sadəcə söhbətimiz olub.
 
- Son olaraq, azarkeşlərə nə demək istəyirsən?
- Azarkeşlərdən son üç məğlubiyyətə görə üzr istəyirəm. Və onlara müraciət edirəm ki, bizə inansınlar və bizləri dəstəkləsinlər.
 
Yusif HÜSEYN

Xəbər xətti