"Ümid edirəm ki, AZAL-la matçda komandama kömək edəcəm" MÜSAHİBƏ

22:40 - 18 Sentyabr 2013

Adrian Skarlatake:"Komandanın on illiyində azarkeşlərə çempionluq hədiyə etmək istəyirik"
 
 
"Xəzər Lənkəran"ın müdafiəçisi Adrian Manuel Skarlatakenin Sportal.az-a müsahibəsi
 
 
- "Bakı" ilə oyun necə keçdi?
- Bizim üçün çox önəmli oyun oldu. Biz bu oyunda mütləq qələbə qazanmalıydıq və qazandıqda. Biz rəqibi asanlıqla məğlub etdik və daha böyük hesabla da qalib gələ bilərdik.
 
- "Bakı" ilə oyunda yeni mövqedə oynayırdın. Bu sənə çətinlik yaratmırdı?
- Bəli, sol cinahda oynayırdım amma elə də problem deyil. Çünki mən müdafiənin mərkəində, sağında və solunda da oynaya bilərəm. Komandama kömək etdiyim üçün xoşbəxtəm.
 
-  Eşitdiyimizə görə, məşqdə zədələnmisən. Zədən necədir?
- Bəli, zədələnmişəm Əzələmdə dartınma var, məşqlərə qatıla bilmirəm. Ümid edirəm ki, AZAL-la matçda komandama kömək edəcəm.
 
- Əgər sən oynamasan, komanda üçün problem olmayacaq?
- Yox, bizim Kamran və Tural kimi gənc futbolçularımız var. İnanıram ki, onlar da verilən işin öhdəsindən layiqincə gələcəklər.
 
- Komanda ilk qələbəsini qazandı. Artıq bu qələbədən sonra komanda qələbələrin ardını gətirə biləcək?
- Bu futboldur, əvvəlcədən heç nə deyə bilmərəm. Amma bizdə sırf qələbə üçün meydana çıxacağıq, rəqibin kimliyindən asılı olmayaraq.
 
- AZAL-la oynayacaqsınız. Bu barədə nə deyə bilərsən?
- Çox ciddi hazırlaşmışıq. Məşqimizin yarısını Lənkəranda etişik və davamını da Bakıda edəcəyik.
 
- Azarkeşlər sayca son oyunda azlıq təşkil edirdilər. Bu barədə nə deyə bilərsən?
- Buradan azarkeşlərə müraciət edirəm ki, bizi yalnız qoymasınlar və bizə lazımı dəstək versinlər. Biz də onların dəstəyi ilə qələbə qazanaq.
 
- "XL"-in çempion olmaq şanslarını necə dəyərləndirirsən?
- Bu barədə danışmaq hələ tezdir. Ancaq biz də çempionluq uğrunda mübarizə aparacağıq. Komandanın yubileyində azarkeşlərə çempionluq hədiyə etmək istəyirik.
 
Yusif HÜSEYN

Xəbər xətti