"Elxan Məmmədovun qeyri-qanuni əməllərinə görə FİFA dərəcəsindən imtina etdim"

15:08 - 19 Sentyabr 2013

Elçin Məmmədov: "FİFA dərəcəsindən özüm imtina etdim"

 

"FİFA dərəcəsini əlimdən almayıblar, özüm imtina etmişəm".

 

Bu sözləri Sportal.az-a açıqlamasında hakim Elçin Məmmədov deyib. Məmmədov FİFA dərəcəsindən AFFA-nın baş katibi Elxan Məmmədova görə imtina etdiyini bildirib:

 

"FİFA dərəcəli hakim olmaqdan imtina etməyimin ən böyük səbəbi Elxan Məmmədovdur. Onun qeyri-qanuni əməllərinə görə bu addımı atdım. Hakimlər Komitəsinin sədri Xəqani Məmmədova bu barədə müraciət etdim və imtina etdim. O, da buna etiraz bildirmədi. Yerimə göndərilən Hüseyn Xəlilli mənim tələbəm olub və mən ona uğurlar arzulayıram". 

Xəbər xətti