"Hal-hazırda zədəm yaxşıdır və məşqlərə qatılıram"
"Xəzər Lənkəran"ın heyətində Zohair Benauhinin zədəli olması xəbərini vermişdik.
Sportal.az xəbər verir ki, artıq futbolçunun zədəsi yaxşılaşıb və mərakeşli legioner AZAL-la matçda forma geyinə bilər.
Bu barədə futbolçunun özü saytımıza verdiyi açıqlamasında bildirib:
"Hal-hazırda zədəm getdikcə yaxşılaşır, əgər baş məşqçi icazə versə, AZAL-la qarşılaşmada meydanda ola bilərəm. Komanda ilə məşqlərə başlamışam".
saytlarin hazirlanmasi