6-cı turun simvolik yığması açıqlanıb

00:45 - 21 Sentyabr 2013

"Neftçi"nin 6 futbolçusu bu siyahıdadır
 
 
Premyer Liqasda VI turun rəmzi komandası açıqlanıb.
 
 
Sportal.az xəbər verir ki, InStatFootball şirkətindən Peşəkar Futbol Liqasına təqdim olunan analitik məlumatlara əsasən ötən həftənin ən yaxşı 11-liyi məlum olub.
 
Bu siyahıda isə ancaq 3 klubumuzun, “Neftçi”, “Qəbələ” və “İnter”in futbolçuları yer alıb. Ötən tur heç bir futbolçusu bu siyahıda yer almayan flaqman bu dəfə 6 futbolçu ilə təmsil olunub. 
 
Siyahı aşağıdakı kimidir:
 
Qapıçı: Dieqo Kosta (Qəbələ)
 
Müdafiəçilər: Bruno Bertuççi (Neftçi), Karlos Kardoso (Neftçi), Joao Paulo de Souza Dantas (İnter), Mahir Şükürov (Neftçi)
 
Yarımmüdafiəçilər: Flavio Aleks Valensio (Neftçi), Erik Ramos (Neftçi), Araz Abdullayev (Neftçi), İlqar Ələbərov (İnter)
 
Hücumçular: Viktor Mendi (Qəbələ), Vaqif Cavadov (İnter)

Xəbər xətti