"Turan-T"-yə qol vuranda çox sevindim"

13:21 - 21 Sentyabr 2013

 Akif Tağıyev: "Azarkeşlərimizin önündəki ilk oyunda onlara qələbə hədiyyə etməyə çalışacağıq"
 
"Araz"ın futbolçusu Akif Tağıyevin Sportal.az-a müsahibəsi:
 
- İlk turda “Turan-T” ilə qarşılaşdınız. Oyun necə keçdi?
- Hava çox isti idi, meydançanın da süni olması biraz işimizi ağırlaşdırdı. Əsas o idi ki, qələbə qazandıq. Komandamız təzə idi, bəzi çatışmazlıqlar var idi, o da zamanla düzələcək.
 
- “Araz”ın heyətində ilk qolunu sabiq komandana vurdun. Bu barədə nə deyə bilərsən?
- “Turan-T” mənə doğma komandadır amma mən indi “Araz”In futbolçusuyam. Qol vuranda çox sevindim.
 
- Qol vurduqdan sonra Tovuzlu azarkeşlər sənin ünvanına təhqiredici sözlər deyiblər. Buna münasibətin necədir?
- Mən elə bir şey eşitmədim.
 
- Bu tur “Şəmkir”lə qarşılaşacaqsınız. Komanda oyuna tam hazırdır?
- Hər şey qaydasındadır, oyuna çox ciddi hazırlaşırıq. Çalışacağıq ki, azarkeşlərimizin önündəki ilk oyunda onlara qələbə hədiyyə edək.
 
- Bu mövsüm I Divizionda iddialı komandalardan biri də “Araz”dır. Çempuionatda özünüzə ən ciddi rəqib kimi görürsünüz?
- Bizim üçün bütün komandalar iddialıdır. Bizə fərqi yoxdur, biz bütün oyunlara yalnız qələbə üçün çıxacağıq.
 
- Komandan bu mövsüm istədiyi heyəti yığa bilib ?
- Yaxşı komandamız var. Bu sualı Əsgər müəllimdən soruşsanız, daha yaxşı olar.
 
- Naxçıvanda məşq etmək üçün yaxşı şərait var ?
- Naxçıvanda futbol adına bizə hər cür səviyyədə şərait yaradılıb.
 
Yusif HÜSEYN

Xəbər xətti