"Lənkərandakı oyunu xatırlamaq istəmirəm"
"Bakı"nın hücumçusu Mindauqas Kalonasın Sportal.az-a müsahibəsi
- "İnter"lə oyuna hazırlığınız necə gedir?
- Komanda olaraq yaxşı hazırlaşmışıq. Əgər biz çempion olmaq istəyiriksə, artıq xal itirməli deyilik. "İnter"lə oyunda yalnız qələbə haqqında düşünürük.
- "İnter" bu mövsüm çempionatda zəif oyun göstərir. Fikirləşmirsən ki, bu oyunda asan qələbə qazanacaqsınız?
- "İnter" güclü komandadır, onların yaxşı məşqçiləri və futbolçuları var. Onlar hal-hazırda sonuncu pillədədirsə, bunun səbəbi çempionatın yeni başlamasıdır.
- Komandanız "Xəzər Lənkəran"la oyunda zəif oyun nümayiş etdirdi. Bunun səbəbi nə idi?
- Mən Lənkərandakı oyunu xatırlamaq istəmirəm. İndi bütün diqqətimizi "İnter"lə oyuna vermişik.
- "Xəzər Lənkəran"a vurduğun qolda rəqibin qapıçısına qarşı qayda pozuntusu var idi ?
- Həmin epizodda Elvini itələdilər, o da qapıçını(Orxan Sadıqlı). Həmin epizodda cərimə verilə də bilərdi, verilməyə də.
- Baş məşqçiniz Pantiç oyundan sonra belə bir ifadə işlətmişdi: "XL" bu qələbəyə sevinirsə, bu tarixdir". Bu fikirlə razılaşırsan?
- Mən bilmirəm, o, hansı mənada deyib. Amma biz, futbolçular belə düşünmürdük. Onlar oynadılar və bizi məğlub etdilər. Artıq irəlidəki oyunlara baxmaq lazımdır. Mən əminəm ki, Pantiç bunu pis mənada deməyib. O, çox yaxşı insandır. Bizim "Xəzər Lənkəran"la cavab oyunumuz da olacaq.
Elsevər Məmmədov
saytlarin hazirlanmasi