Vaqif Cavadovla Baçana Sxadadze hakimə hücum etdi

17:52 - 21 Sentyabr 2013

Futbolçular referini döymək istədi
 
Hal-hazırda davam edən "İnter" - "Bakı" oyununun  fasiləsində insident yaşanıb.
 
Sportal.az-ın oyunda olan əməkdaşının verdiyi məlumata görə, fasilə zamanı Vaqif Cavadovla Baçana Sxadadze baş hakim Fariz Yusifovun üstünə hücum çəkiblər.
 
Aranı sakitləşdirmək istəyən PFL-in mühafizəçiləri ilə də mübahisə edən futbolçular etirazlarını sərt şəkildə bildirblər.

Xəbər xətti