Millimizin qapıçısı: "Demirəm ki, çempion olacağıq" MÜSAHİBƏ

12:30 - 22 Sentyabr 2013

"Neftçi"yə qarşı ən yaxşı oyunumu sərgiləməliyəm"
 
"Sumqayıt"ın qapıçısı Anar Nəzirovun Sportal.az-a müsahibəsi:
 
İlk növbədə oyunla bağlı düşüncələrini öyrənək…
Yaxşı oyun oldu. “Neftçi”dən vacib xal aldıq.
 
 
“Neftçi”yə qarşı ikiqat istəklə oynayırdın. Çünki vaxtilə bu klubda çıxış etmisən. Və əksər müsahibələrində “Neftçi”yə qarşı acıqlı olduğunu demisən…
Elədir. Mənim özümdən asılı deyil. “Qəbələ” və “Neftçi”yə qarşı əlavə istəklə oynayıram. Hesab edirəm ki, bu rəqiblərə qarşı mən ən yaxşı oyunumu sərgiləməliyəm.
 
Oyunun gedişində çox sayda real qol epizodunu zərərsizləşdirdin. Qazanılan xalı məhz sənin adına da yazmaq olar…
Yox, mən belə deməzdim. Komanda şəkilində mübarizə apardıq, futbol oynadıq. Futbol kollektiv oyundur. Uduzanda da, qələbə qazananda da hər şey komandanın adına yazılır. “Neftçi”dən xal almağımızda adi texniki işçinin də əməyi var.
 
“Sumqayıt”ın müdafiə xəttinin vəziyyəti hər kəsə bəllidir. Xüsusən də, millimizin üzvü Vurğun Hüseynov gözlənilən oyunu sərgiləyə bilmir. Bu dəfə isə müdafiə xətti pis çıx etmədi. Yəqin ki, bu da sənin işini asanlaşdıran məqamdır…
Əlbəttə ki, müdafiə xətti etibarlı oynayanda mən da rahat oluram. Amma Vurğun Hüseynovu siyahıdan çıxarmaq olmaz. Hər kəs bilir ki, Vurğun kimdir. Gənc yaşında milli komandada oynamış futbolçudur. Bacarıqlı oyunçudur. Düşünürəm ki, çətin dönəmi tez bir zamanda geridə qoyacaq.
 
 
Səmimi danışaq, “Neftçi”dən xal alacağınızı təxmin edirdiniz?
Bizim komandamız gənc futbolçulardan təşkil olunub. Uşaqlar çox istəklidir. “Sumqayıt” hər oyuna final matçı kimi çıxır. Bu tip motivasiya olmasa, biz hər oyunu uduza bilərik. Demirəm ki, çempion olacağıq. Təmiz danışaq, elitada qalmaq üçün vuruşacağıq.

 

Ayaz İbrahimov

Xəbər xətti