"XL"-in dubl edən futbolçusu: "Qol vuranda bayram etmədim" MÜSAHİBƏ

00:57 - 23 Sentyabr 2013

"Çəkdiyimiz əziyyətin bəhrəsini indi görürük"
 
"Xəzər Lənkəran"n hücumçusu Junior Nildonun Sportal.az-a müsahibəsi:
 
- AZAL-la oyun haqqında nə deyə bilərsən?
- Çətin oyun oldu. Komandamız yüksələn fonda davam edir, çəkdiyimiz əziyyətin bəhrəsini indi görürük.
 
- Bu gün iki qol vurdun. Artıq Nildonun "ayağı açıldı"  deyə bilərik?
- Mənim məqsədim qol vurub "Xəzər Lənkəran"a qələbə qazandırmaqdır. İndiyə kimi top qapıya girmək isəmirdi. Şükürlər olsun ki, bu gün iki qol vurdum. Bu gün çox xoşbəxtəm.
 
- Bu oyun sabiq komandana qol vurmağı gözləyirdin ?
- Məşqlərdə çox çalışırdım. Hər dəfə oyunlarda qol vurmaq istəyirdim. Bu gün bu komanda AZAL da olmaya bilərdi. Bəxt bu günə imiş.
 
- İkinci qolu vurduqdan sonra AZAL-ın azarkeşləri "satqın" Nildo adlandırırdılar. Buna münasibətin necə idi? 
- AZAL-a və onun azarkeşlərinə böyük hörmətim var. Bu gün qol vuranda da bayram etmədim. Dünən AZAL üçün vuruşurdumsa, bu gün "XL" üçün vuruşuram.
 
- Növbəti turda "İnter"ə qol vuracağına söz verirsənmi?
- Söz verməyi xoşlamıram. Amma azarkeşlər əmin olsun ki, əlimdən gələni meydanda edəcəm.
 
Yusif Hüseyn
 
Foto Sportal.az-a məxsusdur

Xəbər xətti