"Biz komandanın uğuruna sevinməliyik,fərdi uğurumuza yox"
"Xəzər Lənkəran"ın braziliyalı legioner Deyvid Sakkoninin Sportal.az-a müsahibəsi:
- AZAL-la oyun necə keçdi?
- Əvvəldən çətin oyun olacağını bilirdik, çox ciddi hazırlaşmışdıq. Xoşbəxtlikdən hər şey istədiyimiz alındı, istədiyimiz üç xalla buradan ayrılırıq.
- Oyuna tez əvəzləndin. Buna səbəbi nə idi?
- Mən buna görə məyus olmadım. Bu məşqçinin qərarı idi. Mənim əvəzlənməm öz bəhrəsin də verdi. növbəti qollar da gəldi. Biz komandanın uğuruna sevinməliyik, fərdi uğurumuza yox.
- Azarkeşlər səni "II Mario", "Super Mario" adlandırırlar. Bu barədə nə deyə bilərsən?
- Azarkeşlərin Mario ilə məni müqayisə etmələri mənim üçün xoşdur. Baxmayaraq ki, bizim oyun tərzimiz bir deyil. Təbii ki, Mario azarkeşlərin qəlbində taxt qurub, o azarkeşlərin qəlbində yaşayır. Mən də istərdim, onun nail olduğu uğurlara mən də sahib olum. Qol vurduğum üçün çox xoşbəxtəm.
- Bu gün bu qələbəni tərcüməçisi Elvara həsr etmişdiniz. Bu barədə oyundan qabaq nə isə danışmışdınız?
- Bəli, oyundan qabaq bildirmişdik ki, qol vuracağımız halda qolu ona həsr edəcəydik.
Elsevər Məmmədov
Foto Sportal.az-a məxsusdur
saytlarin hazirlanmasi