İlk tacikistanlı və israilli
Premyer Liqanın VIII turu 2 ölkə təmsilçisinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub.
Sportal.az xəbər verir ki, yarışın 21 illik tarixində ilk dəfə meydana Tacikistan və İsraildən olan futbolçular çıxıb.
“Qəbələ” – “Rəvan” oyununda qonaqların heyətində sonradan meydana çıxan Sohib Savankulov ilk tacikistanlı kimi Premyer Liqa tarixinə düşüb. Sarı vərəsə ilə də cəzalanan futbolçu 72-ci ölkə təmsilçisi olub. Tacikistan çempionatımızda Asiya Futbol Konfederasiyasını təmsil edən 6-cı ölkədir.
1 gün sonra keçirilən “Qarabağ” – “Simurq” matçında isə qonaqların heyətində israilli İdan Vaytsman debüt etdi. 73-cü ölkə təmsilçisi olan legioner də sarı vərəqə ilə cəzalandı. İsrail UEFA-ya daxil olan 36-cı ölkə oldu ki, çempionatımızda futbolçu ilə təmsil olunur.
Qeyd edək ki cari mövsümdə Tacikistan və İsrailə qədər Kipr də bu siyahıya düşmüşdü.
UEFA-ya daxil olan - 36 ölkə
(Albaniya, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Çernoqoriya, Çexiya, Estoniya, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İrlandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Makedoniya, Moldova, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Şotlandiya Türkiyə, Ukrayna, Xorvatiya, Yunanıstan)
CAF-a daxil olan - 18 ölkə
(Burkina Faso, Əlcəzair, Kabo-Verde, Kamerun, Keniya, Konqo, Fil Dişi Sahili, Liberiya, Mali, Mərakeş, Misir, Nigeriya, Qana, Qvineya, Seneqal, Sierra Leone, Toqo, Tunis)
CONCACAF-a daxil olan - 6 ölkə
(ABŞ, Dominikan Respublikası, Honduras, Kosta-Rika, Meksika, Yamayka)
AFC-a daxil olan - 6 ölkə
(Cənubi Koreya, İran, Özbəkistan, Tacikistan, Türkmənistan, Avstraliya)
CONMEBOL-a daxil olan – 7 ölkə
(Argentina, Braziliya, Çili, Paraqvay, Boliviya, Kolumbiya, Uruqvay)
saytlarin hazirlanmasi