Adı narkotiklə hallanan futbolçu: "Bəzi jurnalistlər var ki,.." MÜSAHİBƏ

10:00 - 24 Sentyabr 2013

"Əgər baş məşqçi şans versə, özümü doğrultmaq üçün çalışacam"
 
"Bakı" və Azərbaycan U-21-in müdafiəçisi Şəhriyar Əliyevin Sportal.az-a müsahibəsi
 
- Hal-hazırda zədən necədir? 
- Zədəm tam sağalıb. Ayağımda ağrılar yoxdur, getdikcə əvvəlki formama qayıdıram.
 
- Ötən tur sən ilk "18-liy"ə daxil olmuşdun. Bu tur səni əsas heyətdə görə bilərik?
- Bu baş məşqçimizin qərarıdır. Əgər şans versə, özümü doğrultmaq üçün çalışacam.
 
- Ötən tur "İnter"lə bərabər qaldınız. Bu oyun haqqında nə deyə bilərsən?
- Düzdür, bərarbər qaldıq amma qələbəyə çox yaxın idik. Üç xala da layiq olan tərəf biz idik. Artıq "İnter"lə oyunu unudub irəlidəki matçlara baxmalıyıq.
 
- Yeni  baş məşqçi ilə aran necədir?
- Çox yaxşıdır. O, mənim formaya düşməyim üçün əlindən gələni edir.
 
- "Bakı" bu il çempion ola biləcəkmi?
-Yaxşı komanda və məşqçimiz, ən əsası da gözəl birliyimiz var. İndi komandada hamı çempion olmağı fikirləşir.
 
- Mətbuatda yayılan xəbərlərdən biri də sənin narkotik dərmanlarından istifadə etməyinlə bağlıdır. Bu fikirə münasibətin necədir?
- Bunu məni tanıyan hamı bilir ki, bu yalandır. Bəzi jurnalistlər var ki, bekarçılıqdan bilmir nə yazsın. Amma onlar da yazmamışdan qabaq nə yazdıqlarını düşünüb yazsalar, daha yaxşı olar. Hər bir insan öz işinə peşəkarcasına yanaşmalıdır. Kimsənin üstünə böhtan atmaq lazım deyil. Mən pis oluram ki, həmin inan utanmadan necə gənc futbolçunun üzərinə şər atır. Bu gün mənə yazan sabah başqasına yazar. Həmin insana deyiləsi o qədər sözüm var ki, ancaq mədəniyyətim icazə vermir.
 
Yusif HÜSEYN

Xəbər xətti