"Xəzər Lənkəran"la oyunda qırmızı vərəqə alan futbolçuya 1 oyunluq cəza

12:52 - 24 Sentyabr 2013

"Rəvan", "Simurq" cərimələndi
 
AFFA-nın inzibatı binasında Nizam-İntizam komitəsinin növbəti iclası keçirilib.
 
Sportal.az xəbər verir ki, iclasda bu qərarlar alınıb:
 
20 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqanın VII turunun “Qəbələ” – “Rəvan” matçında “Rəvan” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.
 
20 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqanın VII turunun “Qarabağ” – “Simurq” matçında “Simurq” klubunun 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunur. Oyunun 83-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur. Oyun 90+3-cü dəqiqəsində “Simurq” klubunun 11 №-li futbolçusu Draqan Çeran hakimi təhqir etdiyinə görə birbaşa birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunur.
 
22 sentyabr 2013-cü il, 2013/2014 mövsümündə, XXII Premyer Liqanın VII turunun AZAL – “Xəzər Lənkəran” matçının 45+1-ci dəqiqəsində AZAL klubunun 15  №-li futbolçusu Oskar Klava sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur. Oyunun 72-ci dəqiqəsində AZAL klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunur. 

Xəbər xətti