"Biz bilirik ki, "İnter" yaxşı vəziyyətdə deyil" MÜSAHİBƏ

14:19 - 24 Sentyabr 2013

Skarduelli: "Onlar komandaya yeni nəfəs gətirdilər"
 
"Xəzər Lənkəran"In müdafiəçisi Vanderson Skarduellinin Sportal.az-a müsahibəsi
 
- AZAL-la oyun necə keçdi?
- Biz bura gəlməmişdən qabaq bu matçdan yalnız üç xal götürməyi fikirləşirdik. Ona görə ki, "Bakı" qələbəsi bizdə əlavə ruh yüksəkliyi yaratmışdı. Biz bilirdik ki, AZAL güclü komandadır. Onlar qırmızı vərəqə alana qədər bərabər mübarizə gedirdi. Qırmızı vərəqə aldıqdan sonra biz tez-tez irəli atıldıq. Üç xalı üç qolla qazandıq.
 
- Bu mövsüm sən öz oyununu tapmısan, deyəsən?
- Keçən ilə nisbətən daha yaxşı oynayıram. Mən həmişə bütün oyunlarda ürəyimi ortaya qoyuram. Bizə  hər cür şərait yaradılır, biz də buna öz qazandığımız xallarla cavab verməliyik.
 
- Növbəti tur "İnter"lə qarşılaşırsınız. Bu barədə nə deyə bilərsən?
- "İnter" güclü komandadır. Biz bilirik ki, "İnter" yaxşı vəziyyətdə deyil. Ancaq biz bütün komandalara hörmət edirik və bütün oyunlara ciddi hazırlaşırıq.
 
- Ardıcıl iki oyundur ki, qələbə qazanırsınız. Bu qələbələrin davamını gətirə bilərsinizmi?
- Biz də bunu istəyirik. Biz uğura addım-addım getməyi xoşlayırıq. Azarkeşlərin köməyi ilə qələbələrin davamını gətirəcəyik.
 
- Komandaya yeni qoşulan futbolçular haqqında nə deyə bilərsən?
- Onlar komandaya yeni nəfəs gətirdilər və demək olar ki, bizlərə uyğunlaşmaqda elə də problem yaşamadılar. Onların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə inanıram.
 
Yusif HÜSEYN

Xəbər xətti