Bahodir Nasimov: "Meydana qayıtmaq üçün əlimdən gələni edirəm"
"Sumqayıt"la oyunda zədələn "Neftçi"nin hücumçusu Bahodir Nasimov zədəsi ilə bağlı sualları cavablandırıb.
Sportal.az xəbər verir ki, futbolçu bir neçə suallara aydınlıq gətirib:
- Bərpa prosesi necə gedir?
- Şükür Allaha hər şey normaldı. Meydana qayıtmaq üçün əlimdən gələni edirəm.
- Sənin zədənlə bağlı azarkeşlər belə bir fikir səsələndirblər ki, hücum xəttində problemlərimiz olacaq. Bu haqda nə deyə bilərsən?
- Mən bu fikirlə razı deyiləm, komandada Nfor, Melvin kimi təcrübəli hücumçular var. Futbol zədəsis olmur və buna görə də komanda bir hücumçudan ibarət deyil. Neftçi azarkeşləri rahat olsun, hücum xəttimiz yenə kəsərli olacaq.
- Qarşıda "Qarabağ"la derbi oyunu var. Artıq prinsipial rəqibə çevrilmisiniz. Bu oyunla bağlı nə deyə bilərsən?
- Bəli, Azərbaycanın iki güclü klubu üz üzə gələcək. Bizim "Qarabağ"la oyunumuz hər zaman ağır və maraqlı keçib. İnanıram ki, bu oyun öz gözəlliyi ilə yaddaşlarda qalacaq və qalib tərəf biz olacağıq.
- Son günlər Super Kubok oyunu haqda çox danışılır. Deyilir ki, oyun ölkədən kənar keçirilə bilər. Sən buna necə münasibət bildirərdin?
- Mən istərdim ki, bu oyun baş tutsun, amma matçın ölkədən kənar keçirilməsini istəmirəm. Türkiyədə keçirilsə, bu, sadəcə təlim-məşq toplantısı, ya da yoldaşlıq oyunu olacaq. Azərbaycanın istənilən stadionunda bu oyunu oynamağa hazıram, amma bircə ölkədən kənar olmasın. "Neftçi" azarkeşləri olmadan Super Kubok oynamağın nə mənası var. Bu, bizim üçün çətin olar.
mənbə: forza1937.com
saytlarin hazirlanmasi