Torres: "Mourinyo Moyesin Mançester Yunayted"ə keçidini göz yaşları ilə qarşılayıb"

14:00 - 25 Sentyabr 2013

Baş məşqçi haqda maraqlı iddia

 

"El Pais" yazarı Dieqo Torres qələmə aldığı "Məğlub olmağa hazır olun" kitabında portuqaliyalı mütəxəssisə də yer verib.

 
Sportal.az xəbər verir ki, o, Mourinyonun "Mançester Yunayted"in sabiq çalışdırıcısı Aleks Fergüssonun yerinə David Moyesin gətirilməsini gözyaşları ilə qarşıladığını yazıb. Bildirib ki, hazırda "Çelsi"nin baş məşqçisi olan Mourinyo həmin vaxt "MY"dan təklif gözləyib. 
 
Moyesin uğur əldə etmədiyini bildirən Mourinyo baş verən hadisələrə əsəbləşib. Torres yazib ki, bunlar portuqaliyalı mütəxəssisə o qədər pis təsir edib ki, İspaniya kubokunda "Atletiko"ya bu səbəbdən məğlub olub.

Xəbər xətti