"Qarabağ" və "Neftçi" azarkeşləri arasında yoldaşlıq oyunu baş tutacaq

16:58 - 26 Sentyabr 2013

Matç İsmət Qayıbov adına stadionun yardımçı meydanında keçiriləcək
 
Bir neçə gün öncə Qarabağla oyun öncəsi  iki fanat qrupları arasında yoldaşlıq oyunu keçiriləcəyi barədə xəbər vermişdik.Artıq oyunun keçirilmə vaxtı və yeri məlum olub. Sportal.az xəbər verir ki, oyun 27 sentyabr  saat 20:00 da İsmət Qayıbov adına stadionun yardımçı meydanında baş tutacaq.
 
Oyun 11 nəfərlik heyyətlə oynalınacaq və ilk dəfə olaraq  fanatlar arasında  futbol matçını peşəkar hakimlər idarə edəcək və oyunlar  45 dəqiqə olmaqla iki hissədən ibarət olacaq.Bundan əlavə hər iki komanda klubların formasında meydana çıxacaq.Beləliklə  Forza və Qarabağ rəsmi fan klubu bununla daha bir ilkə imza atdı.
 
Mənbə: forza1937.com

Xəbər xətti