"Bakı"da ciddi itkilər

14:14 - 27 Sentyabr 2013

Komanda "Sumqayıt"la oyuna hazırlaşır
 
“Bakı” növbəti tur qarşılaşacağı “Sumqayıt”la oyunun hazırlığını davam etdirir.
 
Sportal.az xəbər verir ki, komanda bu gün bir məşqlə kifayətlənib. Səhər saat 11.00-a təyin olunan hazırlıqda yüngül qaçış və isinmə hərəkətlərinə yer ayıran baş məşqçi Milinko Pantiç daha sonra yetirmələrinə toplu çalışmalar verib. Ardından kiçik qruplara bölünən futbolçular qısa ötürmələr üzərində çalışıb. Fiziki hazırlığa da diqqət ayıran Pantiç daha sonra düzülmüş maneələrdən sürətli keçid tapşırığı verib. Saatyarım sürən məşq uzun ötürmələr və qapıya asmalarla başa çatıb. 
 
Onu da qeyd edək ki, “zolaqlılar” bu görüşə itkilərlə çıxacaq. Hazırda zədə üzündən Deyvidas Çesnauskis və Elvin Əliyev kollektivdən ayrı çalışır. Mario Rubio isə son məşqdə ümumiyyətlə iştirak etməyib. Yüngül zədəsi olan yarımmüdafiəçi ambulator müayinədən keçir.  

Xəbər xətti