"Sumqayıt"ın müşahidə şurası təsdiqləndi: siyahıda görün kimlər var

15:14 - 27 Sentyabr 2013

Bundan sonra komandaya prezidenti də onlar seçəcək

 

2013-cü ilin avqust ayında AFFA-nın İcraiyyə Komitəsinin keçirilmiş iclasında Azərbaycan Premyer Liqasında çıxış edən klublarda İdarə heyətinin yaradılması ilə bağlı qərar qəbul olundu.

 

Sportal.az xəbər verir ki, bununla əlaqədar olaraq "Sumqayıt" klubu da Müşahidə Şurası yaradıb. Sözügedən klub Müşahidə Şurasının tərkibini elan etmək məqsədi ilə bu gün mətbuat konfransı təşkil edib. Sumqayıt İdman Mərkəzində baş tutan tədbirdə “Sumqayıt”ın prezidenti Kamran Quliyev çıxış edib və Müşahidə Şurasının üzvlərini açıqlayıb:

 

“Müşahidə Şurası yeddi nəfərdən ibarət olacaq. Bu şura klubla bağlı qəbul olunan qərarları təsdiqləyəcəklər. Müşahidə Şurasına “Sumqayıt”a faydalı ola biləcək hər kəs daxil ola bilər: deputat, müğənni, rejissor, sıravi azarkeş. Əsas olan iş görməkdi”.

 

“Sumqayıt”ın Müşahidə Şurasının üzvləri bunlar olacaq:

 

Milli Məclisin deputatı, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri – Muxtar Babayev

 

Milli Məclisin deputatı – Hacı Salayev

 

Sumqayıtın İcra Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri – Elgün Həbibullayev

 

“PaşaSığorta”nın İdarə Heyətinin sədri – Mürsəl Rüstəmov

 

“Azərikimya” İB-nin Həmkarlar İttifaqı Komitəsinin sədri - Vaqif Ömərov

 

Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi – Abdulla Məmmədov

 

Əməkdar məşqçi – Telman Salahov

 

Artıq bundan sonra klub prezidenti Müşahidə Şurasından asılı olacaq. Prezidenti də onlar seçəcəklər. Müşahidə Şurasının üzvləri də burda daimi olmayacaqlar. Onlardan da hansısa kluba faydalı olmayacaqsa, başqasıyla əvəzlənəcək”. 

Xəbər xətti