Ronaldodan heyrətamiz jest

23:50 - 27 Sentyabr 2013

Portuqaliyalı ulduz azarkeşinə sahib çıxdı
 
Ronaldo Mayami prokurorluğuna məktub yollayıb. 
 
Sportal.az xəbər verir ki, Mayamidə keçirilən "Çelsi" - "Real" Madrid yoldaşlıq oyununda 20 yaşlı albaniyalı azarkeş Qorke meydana girərək portuqaliyalı futbolçunu qucaqlayıb. 
 
Hal-hazırda tələbə oxuduğu yerdən və ölkədən deportasiya oluna bilər. 
Belə ki, stadiona qanunsuz daxil olduğuna görə, Qorkenin barəsində prokurorluqda iş açılıb. 
 
Kriştiano Ronaldo azarkeşinə qarşı ittiamlardan xəbər tutan kimi Mayaminin prokurorluğuna məktub göndərib: 
 
"Mən başa düşürəm sizin qanuna riayət etməyinizi, lakin mən sizdən çox xahiş edirəm ki qərarlarınıza yenidən baxıb cavan oğlanın iki sanksiyanı üzərindən götürəsiz". 

Xəbər xətti